Dünya futbolu
İlkay Gündoğan qərarını verdi
Almaniya millisi və “Borussiya”nın yarımmüdafiə&c…
Almaniya millisi və “Borussiya”nın yarımmüdafiəçisi İlkay Gündoğan Dortmundda qalacaq. Futbolinfo.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Mənbədən bildirilir ki, Dortmund təmsilçisinin yeni baş məşqçisi Tomas Tuşel türk əsilli futbolçu ilə görüşərək 2016-cı ilin 31 iyununda bitəcək müqaviləsini daha bir il müddətində uzatmasına razı salıb.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2011-ci ildən “Borussiya”da çıxış edir. Əlavə olaraq bildirək ki, İlkay ilə "Barselona", "Bavariya" və PSJ klubları yaxından maraqlanırdı.