Ölkə futbolu
"Apollon"un baş məşqçisi hakimləri qınadı
Ötən gün Avropa Liqasında 3-cü təsnifat mərhələsi…
Ötən gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz “Qəbələ” səfərdə "Apollon"la 1:1 bərabərə qalıb.
Qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandıran Kipr klubunun baş məşqçisi Pedru Emanuel evdəki heç-heçəni belə şərh edib:
"Yaxşı rəqibə qarşı baxımlı oyun sərgilədik. Biz 5-ci oyunumuzda top buraxmamağa yaxın idik, ancaq sonda bundan məhrum olduq. Rəqib baş məşqçinin komandasının qol vuracağına əmin olması, məni alternativ nəsə düşünməyə vadar edirdi".
Portuqaliyalı mütəxəssis matçdakı hakimliyi də tənqid edib: "Bu oyuna daha cəsarətli hakim təyin olunmalı idi. Referi "Qəbələ"nin cavab qolunu vuran futbolçunun ədəbsiz jestini görsə də, onu cəzalandırmadı. Əksinə onlara tərəf qaçaraq, aranı sakitləşdirməyə çalışdı. Bununla belə, hələ heç nə bitməyib. Cavab matçında qələbəyə oynayacağıq. Səfərdə yaxşı oynasaq, mərhələni keçəcəyik".
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…