Bizi izləyin

Ölkə futbolu

AFFA-nın don geyindirdiyi fırıldaq

Giriş əvəzi

İldə bir neçə dəfə rayona baş ç?…

blank
blank
Giriş əvəzi
İldə bir neçə dəfə rayona baş çəkirəm. Rayona gedəsən, çayxanada oturmayasan? Bu çayxanaların birində maraqlı bir mənzərəyə rast gəlmişəm.
Bir çaynik çayın dəyəri 50 qəpik olsa da, çayçı qardaşın “bəh-bəhli, yoxsa bəh-bəhsiz çay istəyirsiniz? Amma bəh-bəhli 1 manatadı” sualına çaşıb qalsam da, “bəh-bəhlisini gətir” cavabını verdim. 10-15 dəqiqə keçdikdən sonra çayçı “bəh-bəh-bəh-bəh” deyə-deyə əlində çaynik masamıza yaxınlaşdı. Bu da oldu bahalı çayımız…
Əmrlər təsdiqini tapdı
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. İclasla bağlı neçə İK üzvünün iştirak etdiyi, hansı səbəblərdən yığışdıqları, ümumiyyətlə, futbol ictimaiyyətinin nəyə görə məlumatlandırılmadığına dair kifayət qədər suallar var. Ancaq qəbul edilən qərarlara nəzər saldıqda, kələfin ucu görünməyə başlayır.
“Rəvan”ın Premyer Liqaya buraxılması ilə bağlı qərar onsuz da gözlənilən idi və komanda çatışmazlığını bu yolla ört-basdır edən AFFA-nın verdiyi qərara bu gün sadəcə, rəsmi don geyindirilib.
Elə lisenziyalaşdırma üzrə qaydaların təsdiqi də bu qəbildən – əvvəlcədən məlum olan qərarların siyahısındandı. “Turan” – “Turan-T” – “Turan Tovuz” Amma Tovuz futbolunun başına yenidən ip sallayıb fırladılması, bu, artıq biabırçılıqdı. Gül kimi adı var idi komandanın: “Turan”. Borcları bağlaya bilməyən klubun adını dəyişdirib, əlifbanın bir hərfini əlavə etdilər. Yenə borc yarandı. Nə etməli?
Futbol qanunlarına riayət etməyə borclu olan AFFA, əslində, özü bu qanunları kobud şəkildə pozurdu, pozur və bu gedişlə pozacaq da. “Qaşın üstə gözün var” deyən də yoxdu. Özü yazır qanunu, özü də pozur. Qanunun aliliyini qəbul etməyən federasiyanın bu idarəetməsi “Şah qanundu!” prinsipinə söykənir. Borcu olan klubu ildə ləğv edib, 1-2 hərf əlavə edərək, guya yenisini yaratmaqla nəyə nail olursunuz? Heç olmasa, tarix naminə etməyin bunu. Axı, hər yeni uydurulan klub xələfini, başqa sözlə, tarixini silib atmış olur, ey özünü futbol fədailəri sayan ağalar!
Beləliklə, Tovuz futbolunun tarixini sıfırdan yazmağı qərara alıblar. Hansı hüquqla? Hüquqları olmasa da, möhürləri var. Deməli, yıxıb-sürüyə bilərlər. Əvəzində, növbəti mövsüm üçün Premyer Liqaya daha bir namizədin yerini hazırlayırlar. Ad ötənilkidi, bəs tarixi adın silinməsinə hansı donu geyindirək?!
“Simurq” “xortladı”
“Simurq”u basdırdıqdan sonra xortlamasına qərar veriblər. Ancaq yenə də eyni – primitiv yolla. Borcların silinməsi üçün tarixi qurban verən federasiya “Zaqatala” PFK yaranması ilə bağlı qərara gəlib. Aydın məsələdi ki, AFFA daxili qanunları min bir fırıldaqla istəyi kimi çevirir. Maraqlıdı, bəs UEFA-da bu cür fırıldaqlara necə münasibət bəsləyəcəklər? Son 3 ildə 3 dəfə adını dəyişən Tovuz klubunun bu addımı aşkar maliyyə maxinasiyasıdı. İndi eyni yolu Zaqatala təmsilçisi üçün də seçdilər. Özü də rəsmi don geyindirərək.
Ritorik sonluq
Nə yaxşı ki, “Kəpəz”in heç kimə borcu yoxdu. Yoxsa, Gəncə təmsilçisinə də bir ad fikirləşib “pasport”unda dəyişiklik edərdilər. Necə ki, vaxtilə “Gəncə” zühur etmişdi.
O ki qaldı hər bir klubun adından sonra “İctimai Birliyi” (İB) yapışqanına, bununla bağlı da xeyli suallar toplusu var. Amma ən birincisi budu: “Neftçi”nin İctimai Birlik olmasından ötən müddət ərzində Açıq Səhmdar Cəmiyyət məsələsi yönündə hansısa irəliləyişdən xəbər-ətər var? Hansı marketoloji, mənəvi və maddi uğurlar əldə edilib ki, indi “Zaqatala”, “Kəpəz” və “Turan Tovuz”u da İB elədiniz?..
Təəssüf ki, sual ritorikdi və cavabı yoxdu. Bəh-bəh-bəh-bəh-bəh…
Bu bəh-bəhdən sadəcə, əl qaldırmaq üçün lazım olan, “fövqəladə şəraitdə” bir araya gətirilən İcraiyyə Komitəsi üzvlərinə də düşür. Sizə qoyulan hörmətə, özünüzün özünüzə verdiyiniz dəyərə bəh-bəh, bəbəhbəh…
CEYHUN ƏLİYEV
Reklam
blank
Dünya futbolu2022-09-27 00:02

“Sumqayıt”ın legioneri millinin matçında meydandan qovuldu

blank
Dünya futbolu2022-09-26 23:33

“Barselona”nın futbolçusu əməliyyat olunacaq – DÇ-ni buraxa bilər

blank
Dünya futbolu2022-09-26 22:43

“Trabzonspor”da ayrılıq və 1.2 milyon avroluq təzminat

blank
Ölkə futbolu2022-09-26 22:00

Maksim Medvedevə “İdman ustası” fəxri adı verildi

blank
Ölkə futbolu2022-09-26 20:51

“Qəbələ” üç əskiklə hazırlaşır

blank
Ölkə futbolu2022-09-26 20:30

Çempiondan yeni mövsümün ilk matçında darmadağın

blank
Dünya futbolu2022-09-26 19:53

Rusiya klubunda daha bir azərbaycanlı

blank
Ölkə futbolu2022-09-26 19:25

Samir Abasovun köməkçiləri bəlli oldu

blank
Milli komanda2022-09-26 18:31

Qarayev De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqladı

blank
Dünya futbolu2022-09-26 18:00

“Olimpiakos”da “Qarabağ”la oyundan əvvəl ciddi itki

blank
Ölkə futbolu2022-09-26 17:25

“Bu qədər həyəcanlı olmamışdım” – Samir Abasov

blank
Ölkə futbolu2022-09-26 17:00

Yeni mövsümə start verildi – FOTOLAR

blank
Dünya futbolu2022-09-26 16:43

İranlı futbolçudan ölkəsində baş verənlərə sərt etiraz

blank
Ölkə futbolu2022-09-26 16:14

Türkiyəli sabiq referilərdən azərbaycanlı hakimlər üçün seminar

blank
Milli komanda2022-09-26 15:48

Azərbaycanın əsas millisinin üzvü U-21-ə çağırıldı

blank
Milli komanda2022-09-26 15:32

Benito de Byazi ilə qalmaqala görə millidən gedib: “Mən əsl kişiyəm”

blank
Dünya futbolu2022-09-26 15:23

“İnter”də itki – “Barselona” ilə oyunları buraxacaq

blank
Digər idman növləri2022-09-26 15:00

Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik edildi

blank
Milli komanda2022-09-26 14:16

“Azərbaycanla oyun bizim üçün ilk qola kimi davam etdi”

blank
Dünya futbolu2022-09-26 13:52

“Everton”dan “Əl Vahda”ya

blank
Ölkə futbolu2022-09-26 13:22

“Sumqayıt” yeni baş məşqçisini rəsmən açıqladı

blank
Ölkə futbolu2022-09-26 13:10

“Kəpəz”in zədəlilərindən ikisi sıraya döndü

blank
Milli komanda2022-09-26 12:46

Azərbaycan millisinin AÇ üçün heyəti açıqlandı

blank
Ölkə futbolu2022-09-26 12:07

“Qarabağ”la oyundakı məğlubiyyət boğazımda düyünlənib”

blank
Dünya futbolu2022-09-26 11:42

DÇ-2022: Almaniya millisinə vəd olunan pul mükafatı bəlli oldu

blank
Milli komanda2022-09-26 11:01

Meydandakı taktikadan çox meydandan kənardakı doğru strategiyaya ehtiyac var

blank
Milli komanda2022-09-26 10:53

ML: Azərbaycan millisi ilk “5-lik”də!

blank
Milli komanda2022-09-26 10:32

AÇ-2024: Azərbaycan millisi 4-cü səbətdə

blank
Dünya futbolu2022-09-26 09:54

Luka Modriçdən Xorvatiya millisində yeni rekord

blank
Milli komanda2022-09-26 09:29

Yığmamızdan Qazaxıstana 3 cavabsız qol – VİDEO

blank
Milli komanda2022-09-26 09:29

Yığmamızdan Qazaxıstana 3 cavabsız qol – VİDEO

blank
Milli komanda2022-09-23 10:01

Millimiz Slovakiyada belə qələbə qazandı – VİDEO

blank
Ölkə futbolu2022-09-22 18:33

UEFA “Qarabağ”ın legionerinin vurduğu qolu fərqləndirdi – VİDEO

blank
Ölkə futbolu2022-09-22 12:45

BÖLFƏ FUTBOLU: Mingəçevir stadionunda oturacaqlar yenilənir

blank
Milli komanda2022-09-21 00:30

Qazaxıstan – Azərbaycan matçında 11 qol – VİDEO

blank
Ölkə futbolu2022-09-20 09:21

“Səhvlərdən nəticə çıxardacağıq” – VİDEO

blank
Premyer-liqa2022-09-18 23:35

“Zirə” – “Qarabağ” matçında 8 qol – VİDEO

blank
Premyer-liqa2022-09-18 21:27

“Kəpəz”dən əzmkar qələbə – VİDEO

blank
Premyer-liqa2022-09-18 21:12

“Rauf Əliyevin “Kəpəz”də qalması mümkünsüzdür” – VİDEO

blank
Premyer-liqa2022-09-18 21:02

“Fasilədən səmərəli istifadə etməyə çalışacağıq” – VİDEO

blank
Ölkə futbolu2022-09-18 20:52

Tərlan Əhmədov: “Komanda hələ istədiyim səviyyədə deyil” – VİDEO

blank
Premyer-liqa2022-09-17 21:36

“Qəbələ” “Sumqayıt”ı belə məğlub etdi – VİDEO

blank
Ölkə futbolu2022-09-17 14:44

“Sabah” – “Turan Tovuz” matçında şəhidlərimiz belə anıldı – VİDEO

blank
Premyer-liqa2022-09-16 23:59

“Səbail” “Neftçi” ilə bacarmadı – VİDEO

blank
Premyer-liqa2022-09-16 21:34

“Sabah”dan inamlı qələbə – VİDEO

blank
Ölkə futbolu2022-09-16 20:14

“Neftçi”nin zədəli futbolçularından son xəbər – VİDEO

blank
Ölkə futbolu2022-09-16 11:31

“İdman və Media”da gündəm müzakirəsi – VİDEO

blank
Ölkə futbolu2022-09-16 11:27

BÖLGƏ FUTBOLU: Yevlaxlılar sponsor axtarır – VİDEO

blank
Milli komanda2022-09-15 15:21

“Toplanış və oyunlar təcrübə qazanmaq baxımından əla şansdır”

blank
Ölkə futbolu2022-09-15 13:22

“Nant”ın Bakı gəzintisi və mərkəzi arenada son məşqi – VİDEO

blank
Milli komanda2022-09-14 19:15

Millimizin üzvü Qazaxıstanla matça hazırlığı dəyərləndirdi – VİDEO

blank
Digər2022-09-13 18:00

MOK-un yubileyi: yeni layihəyə start verildi – VİDEO

blank
Ölkə futbolu2022-09-13 13:28

Yeni mövsümün püşkü atıldı

blank
Ölkə futbolu2022-09-12 21:43

Qazananların real hekayələri – Bütün Zaqatala onun sevincinə şərik oldu – VİDEO

blank
Ölkə futbolu2022-09-12 14:22

“Bir əsgərin “Turan” arzusu” – VİDEO

blank
Premyer-liqa2022-09-11 23:48

“Qarabağ” – “Sabah” matçında 7 qol – VİDEO

blank
Premyer-liqa2022-09-11 21:16

“Sumqayıt”la “Şamaxı” yenə qələbəyə həsrət qaldı – VİDEO

blank
Premyer-liqa2022-09-10 23:38

“Səbail” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-09-10 23:22

“Bizim iştirakımızla keçən oyunlar maraqlı alınır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2022-09-10 21:27

“Neftçi”dən Qəbələdə əzmkar qələbə – VİDEO

Gündəm