Dünya futbolu
Tiflisdə rekord!
Ötən gecə Tiflisin Boris Payçadze adına stadionunda ba?…
Ötən gecə Tiflisin Boris Payçadze adına stadionunda baş tutan UEFA Superkuboku oyununda rekord qeydə alıb. Futbolinfo.az xəbər verir ki, Superkubok finalının neytral meydanda baş tutan görüşləri tarixində rekord sayda tamaşaçı izləyib – 51490!
1998-ci ilədək Superkubok qoşa – ev və səfər matçlarından ibarət olurdu. Yalnız 1986-cı ildə istisna olmuşdu. Həmin vaxt Çempionlar Kubokunun qalibi Rumıniya “Styaua”sı Kiyev “Dinamo”sunu 1:0 üstələmişdi. 2012-ci ilədək Superkubok finalını Monakodakı 18523 azarkeş tutumlu “II Lui” stadionu qəbul edib.
Qeyd edək ki, ötən gecə “Barselona” ilə “Sevilya” matçında 5:4 hesabı qeydə alınıb. Kataloniya təmsilçisi əsas vaxtda 4:1 hesabı ilə öndə olsa da, 90 dəqiqənin bitimində bərabərlik qeydə alınıb – 4:4. Əlavə vaxtda “qırmızı-göylər” qələbə topunu vurub.