Bizi izləyin

Ölkə futbolu

Fantastik yuxu

2097-ci il. Topçox Premyer Liqasının yubiley – 100-c&uu…

blank
2097-ci il. Topçox Premyer Liqasının yubiley – 100-cü çempionatı start götürür. Elitaya cəmi 7 yeni iştirakçı qatılıb. Tarixində ilk dəfə olaraq, “Neftçala” ilə “Qaradaq Lökbatan” klubları da bu siyahıda yer alıblar. 
Neftçala xalqı sevimlilərinin Premyer Liqada debütünü böyük izdihamla qarşılayır. Nəhayət, rayon əhli də sevimli klubunu güclülərin kompaniyasında gördü. 67 dəfə 1-ci divizionun qalibi olan bölgə təmsilçisi nəhayət ki, Lisenziyalaşdırma Komitəsinin tələblərinə cavab verən klub statusunu ala bildi. Doğrudu, həmin lisenziya şərti olaraq, verilib. Əgər AFFA çempionatın gedişində “Zirəvari” komanda tapsa, arxada neçə tur qalmasından asılı olmayaraq, “Neftçala” təcili surətdə şələ-şüləsini götürüb, 1-ci diviziona getməyə dair zəmanət məktubu verib. Ancaq 82 illik həsrətə son qoyan “Neftçala” federasiyanın bu qərarını da böyük sevinclə qarşılayıb. 
Komandanın 121 yaşlı baş məşqçisi Kamal Quliyev xəbəri eşidər-eşitməz, 2015-ci ildə niyyət etdiyi qurbanlıq qoyunu öz əlləri ilə kəsib, federasiyanın binasında oturan AFFA əməkdaşlarına paylayıb. Onun bu jestini anlayışla qarşılayan AFFA-nın baş katibi, 118 yaşlı Elxan Məmmədov Təzəpir məsçidinə baş çəkərək, kasıb-kusuba fitrə paylamağı da tövsiyə edib.
Topçox Premyer Liqasının daha bir iştirakçısı “Turan Tovuz  – TMSXCVAQDETRİOI” komandasıdı. 2097-ci ildə 62-ci dəfə yaranan Tovuz təmsilçisinin hər il adına 1 hərf əlavə olunmaqla, tarixi silinsə də, yeni səhifə açmaqla köhnə borcların aradan qaldırılmasını təmin edən kollektivə yeni prezident təyin olunub. Bu, hələ 150 yaşını tamamlamayan, Tovuz klubunun avtobusları üzrə püxtələşmiş mütəxəssis Namiq Məstanovdu. Heç bir şübhə yoxdu ki, Məstanovun uğurlu idarəetməsi nəticəsində, növbəti illərdə Tovuz təmsilçisinin adına əlifbanın digər hərfləri də əlavə ediləcək.
“Rəvan” cari mövsümdə xarüqələr yaradacaq. Komanda elə bir mütəxəssisə tapşırılıb ki, "aslanların" medal qazanmaqdan başqa yolu yoxdu. Söhbət əlbəttə ki, paytaxt təmsilçisində 100 ilə yaxındı müxtəlif vəzifələrdə çalışan, bu müddət ərzində 58 dəfə baş məşqçi təyin olunan Bəhmən Həsənovdan gedir. Məhz bu amili qabardan mütəxəssislər “Rəvan”ı çempionluq mübarizəsində 1 nömrəli namizəd kimi göstərirlər.
“Rəvan”ın əsas rəqiblərindən biri də “Kəpəz” olacaq. Axı son arxeoloji qazıntılardan sonra Gəncənin daha bir yeni yaşı müəyyənləşib. 2006-cı ildə şəhərin 2500 yaşı münasibəti ilə böyük tədbir düzənləndikdən cəmi 7 il sonra Gəncənin 4000 yaşına dair konfrans təşkil olunub. Bu səbəbdən 2015-də “Kəpəz”in formalarının sinəsinə "Gəncə – 4000" yazısı vurulub. Lakin ötən il, yəni 2096-cı ilin avqustunda Gəncənin 7200 yaşının olduğu üzə çıxıb. Bu səbəbdən klubun Müşahidə Şurasının üzvü, eyni zamanda AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, 132 yaşlı Mikayıl Nərimanoğlunun təklifi ilə futbolçulara 82 ildən sonra yeni formalar almaq qərara alınıb. 82 il ərzində bəslənən maykaları tarix muzeyinə təhvil vermək qərara alınıb. Doğrudu, tarix muzeyinin rəhbərliyi maykaları qəbul etməzdən öncə, klubun bu atributunu restavrasiya etdirməyi qərara alıb. Çünki 82 il ərzində formalar sarı rəngdən qaraya boyanıb. Bu xəbər hamıdan çox AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu sevindirib. 150 illik yubileyini qeyd etməyə hazırlaşan Xaqani bəy nəhayət ki, protokolda yazılan sarı maykalı “Kəpəz” görəcəyi münasibəti ilə 3 gün oruc tutacağını söz verib. Yeni maykaların üzərində isə "Gəncə – 7200" yazılacaq!
Göründüyü kimi, 2097 mövsümünün olduqca maraqlı keçəcəyi gözlənilir. PFL prezidenti, 137 yaşlı Ramin Musayev yayım hüququnu satdıqları CBC kanalıyla 82 illik əməkdaşlıq barədə danışıb: “CBC-lə 1,7 milyardlıq müqavilə imzalamışıq. Doğrudu, söhbət Vyetnam donqundan gedir. Sevindiricidi ki, bu mövsümdən etibarən vyetnamlı futbolsevərlər CBC kanalı ilə Topçox Premyer Liqasını doğma dillərində izləyə biləcəklər. Təcrübəli teleaparıcılar – Şəmsəddin Abbasov və Rüstəm Əfsərlini təcili surətdə bu Asiya ölkəsinə göndərmişik. Onlar orada milli ənənələr, habelə Vyetnam dilini yüksək səviyyədə öyrənəcəklər”. 
Sonda xatırladaq ki, 2030-cu ildən etibarən dünya çempionatlarının təqvimi ciddi dəyişikliyə məruz qalıb. Azərbaycan millisinin hegemonluğunu nəzərə alan FİFA son 67 ildə keçirilən dünya çempionatlarına millimizi buraxmır. Qalib gələn yığma superfinalda Azərbaycanla qarşılaşır. Ancaq hakimlərin və bütün FİFA rəhbərliyinin səylərinə baxmayaraq, millimiz titulu heç kimə güzəştə getmir… və bu an yuxudan ayıldım. 
Kefli İsgəndər
Reklam

Reklam


Ölkə futbolu2024-02-13 02:17

“Çelsi”dən inamlı qələbə

blank
Dünya futbolu2024-02-13 02:02

“Atletik” autsayderlə bacarmadı

blank
Dünya futbolu2024-02-13 01:49

“Yuventus” evdə uduzdu

blank
Ölkə futbolu2024-02-13 00:31

“Neftçi”nin zədəlilərindən son xəbər

blank
Digər idman növləri2024-02-13 00:10

Azərbaycanın iki güləşçisi AÇ-nin finalında

blank
Dünya futbolu2024-02-12 23:58

Saka “Arsenal”ın tarixinə düşdü

blank
Ölkə futbolu2024-02-12 23:54

“Qəbələ”nin “Turan Tovuz”la 8-ci dueli

blank
Ölkə futbolu2024-02-12 23:40

Tovuz səfərinə 2 itki ilə

blank
Dünya futbolu2024-02-12 23:15

“Beşiktaş” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-02-12 22:44

“Atletiko”nun hücumçusu sıradan çıxıb

blank
Dünya futbolu2024-02-12 22:34

Bundesliqa klubunda baş məşqçi istefası

blank
Dünya futbolu2024-02-12 22:13

La Liqa klubu yaponiyalı futbolçu ilə yeni müqavilə imzaladı

blank
Dünya futbolu2024-02-12 22:05

“Liverpul” tarixində yeni rekord

blank
Digər idman növləri2024-02-12 21:22

İsmayılova AÇ-də 11-ci oldu

blank
Digər idman növləri2024-02-12 20:50

Bakıda keçiriləcək Dünya Kubokuna qatılacaq komanda sayı açıqlandı

blank
Digər idman növləri2024-02-12 19:47

Mingəçevirdə ölkə çempionatı keçiriləcək

blank
Ölkə futbolu2024-02-12 19:30

Letiç: “Daha motivasiyalı idik”

blank
Ölkə futbolu2024-02-12 19:12

Türkiyə kuboku: 1/4 finalın və yarımfinalın püşkü atıldı

blank
Ölkə futbolu2024-02-12 18:50

“Qarabağ” – “Braqa” matçına nə qədər bilet satılıb?

blank
Premyer-liqa2024-02-12 18:31

“Əvəzetmələrimiz uğurlu oldu” – Diniyev

blank
Premyer-liqa2024-02-12 18:12

“Uşaqlar toparlanıb daha yaxşı oynayacaqlar” – Adil Şükürov

blank
Premyer-liqa2024-02-12 17:55

“Kəpəz” “Səbail”ə belə məğlub oldu – VİDEO

blank
Digər idman növləri2024-02-12 17:27

Şvyontek 10-cu yerə qalxdı

blank
Digər idman növləri2024-02-12 17:09

Milliyə oyunçu cəlb etmək üçün ilk dəfə “seçim günü” keçiriləcək

blank
Premyer-liqa2024-02-12 16:58

“Kəpəz” “Səbail”ə böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-02-12 16:19

16 yaşlı futbolçu tarixə düşdü

blank
Əvəzedicilər2024-02-12 16:07

“Qarabağ”la “Sabah”ın əvəzedicilərinin oyununda darmadağın

blank
Dünya futbolu2024-02-12 15:48

Ben Yedder Fransada klub dəyişir

blank
Layihə2024-02-12 15:34

Ali təhsil ocaqlarında idman

blank
Digər idman növləri2024-02-12 15:17

Norveç biatlonu tarixinin acı günü

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm