Premyer-liqa
PFL “Kəpəz”lə bağlı qərarı sabah verəcək
“Kəpəz” 2-ci turda ev oyununu Gəncədə keçirə …
“Kəpəz” 2-ci turda ev oyununu Gəncədə keçirə bilər. Bu barədə məlumatı futbolinfo.az saytına klubun Müşahidə Şurasının üzvü, AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departmaentinin rəhbəri Mikayıl Nərimanoğlu verib.
Klub rəsmisi bildirib ki, stadion ev oyunlarını qəbul etməyə hazırdı: “Ot örtüyünün hazırkı durumunu görsəniz, özünüz də meydançanın tam hazır olduğunun şahidi olarsınız. Ancaq PFL hələ ki, bununla bağlı rəsmi qərar verməyib. Sabah xüsusi komissiya Gəncəyə səfər edəcək və vəziyyətlə yerində tanış olduqdan sonra son qərarını verəcək. Lakin bildirmək istəyirəm ki, Premyer Liqanın ev oyunlarını Gəncədə keçirmək üçün ciddi heç bir problem qalmayıb”.
Qeyd edək ki, Topaz Premyer Liqasının 2-ci turunda “Kəpəz” “Zirə”ni qəbul edəcək. Qarşılaşma avqustun 16-da, saat 18:30-da start götürəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”