Dünya futbolu
"Simurq" Dani Alveşi də dilə gətirdi – VİDEO
Avqustun 11-də Gürcüstanın paytaxtı Tiflisdə İspaniyan?…
Avqustun 11-də Gürcüstanın paytaxtı Tiflisdə İspaniyanın "Barselona" və "Sevilya" (5:4) klubları arasında keçirilən Super Kubok matçından öncə maraqlı hadisə baş verib. Futbolinfo.az qaynar.info-ya istinadən xəbər verir ki, bu matçı izləyən çoxlu sayda həmyerlilərimiz arasında olan bir zaqatalalı azarkeş diqqətçəkən addım atıb.
Belə ki, sözügedən fanat "Barselona"nın braziliyalı ulduz futbolçusu Daniel Alveşdən sponsorsuz qalması üzündən rəsmi sənədlərdə fəaliyyətini dayandıran, ancaq "Zaqatala" adı ilə fəaliyyət göstərən "Simurq" klubuna salam göndərməyi xahiş edib.
Qeyd edək ki, Alveş qafqazlı azarkeşlərə yaxın olması ilə seçilir. Onun yaxınlarda azərbaycanlı dostları ilə əyləndiyi video da yayılmışdı.