Ölkə futbolu
"Qəbələ" Afinaya çatdı
Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşması &cc…
Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində "Panatinaikos"un qonağı olacaq "Qəbələ" Afinaya çatıb. Futbolinfo.az saytının Yunanıstana ezam olunan müxbirinin verdiyi məlumata görə, komanda qədim Elladaya yerli vaxtla saat 15:00-da çatıb.
Cəzalılar – Ürfan Abbasov və Rafael Santosun gətirilməsinə ehtiyc duymayan klub rəhbərliyi Yunanıstana Qəbələdən çarter reysi ilə gəlib. Ümumilikdə 60-a yaxın nümayəndə heyətindən ibarət təyyarə Yunanıstan Hava Yollarına məxsus olub.
Bu gün yerli vaxtla saat 20:30-da "Qəbələ"nin baş məşqçisi Roman Qiriqorçukun mətbuat konfransı, bundan yarım saat sonra isə təmsilçimizin Afinada yeganə məşqi baş tutacaq.
Təəssüf ki, meydan sahiblərinin baş məşqçisi Yannis Anastasiu mətbuat konfransını gündüz saatlarında keçirib və komandasının məşqini bundan dərhal sonraya salıb. Böyük ehtimalla yunan mütəxəssis bunu oyun öncəsi Azərbaycan mətbuatının gözünə görünməmək məqsədi ilə edib.
Qeyd edək ki, "Panatinaikos" – "Qəbələ" qarşılaşması sabah, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
CEYHUN ƏLİYEV, Yunanıstan
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi