Ölkə futbolu
Kononov: “PAOK və “Qəbələ” ilə birgə ikincilik uğrunda yarışacağıq”
Azərbaycan təmsilçisi "Qəbələ" ilk dəfə Aropa …
Azərbaycan təmsilçisi "Qəbələ" ilk dəfə Aropa Liqasının qrup mərhələsində çıxış edəcək. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar" qrupda "Borussiya" (Almaniya), PAOK (Yunanıstan), "Krasnodar"la (Rusiya) mübarizə aparacaq.
Rusiya klubunun baş məşqçisi Olek Kononov püşkatmanı dəyərləndirib: “Borussiya” şəriksiz favoritdi. Püşkdən isə narazı qaldığımı deyə bilmərəm. PAOK və “Qəbələ” ilə birgə ikincilik uğrunda yarışacağıq. Püşkün nəticəsindən narazı qala bilmərəm. Çünki bütün rəqiblərimiz mənə tanışdılar. “Karpat”ın baş məşqçisi olanda “Borussiya” və PAOK-la qarşılaşmışam. Yenidən onlarla üz-üzə gəlmək maraqlı olacaq. “Borussiya” ilə 2010-cu ildə Lvovda keçirdiyimiz oyun daha yaddaqalan olmuşdu.
Yadımdadı, gərgin qarşılaşmanın sonunda 3:4 hesabı ilə uduzmuşduq. PAOK-la isə 2011-ci ildə qarşılaşmışam. Yekun nəticədə uduzsaq da, öz meydanımızda pis oyun göstərməmişdik. Salonikdəki atmosferi unutmamışam. Azarkeşləri PAOK-u yaxşı dəstəkləyirlər. Ancaq bu, bizi qorxutmamalıdı. Hər bir futbolçuya dolu tribunalar qarşısında oynamaq xoşdu”.
“Qəbələ” barədə də fikirlərini bölüşən Kononov təmsilçimizin heyətindən xəbərdar olduğunu vurğulayıb: “Qəbələ” mənə tanışdı. Bilirəm ki, “Qəbələ”ni Roman Qriqorçuk çalışdırır. Bundan əlavə, komandada hansı futbolçuların çıxış etməsindən də xəbərdaram”.