Ölkə futbolu
“Qarabağ”ın legionerinə millidən dəvət
“Qarabağ”ın futbolçusu Ansi Aqolli Albaniya milli…
“Qarabağ”ın futbolçusu Ansi Aqolli Albaniya milli komandasına dəvət alıb. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Ciovanni de Biazi onun da adını 25 nəfərlik siyahıya salıb.
Təcrübəli müdafiəçi ölkəsinin sentyabrda Avropa çempionatının seçmə oyunları (AÇSO) çərçivəsində Danimarka və Portuqaliya ilə matçlarında meydana çıxmaq imkanı əldə edib. Albanlar bu 2 oyundan minumum 1 xal əldə edə bilsələr, ən azı pley-off mərhələsinə vəsiqəni təmin edəcəklər.
Qeyd edək ki, 32 yaşlı futbolçu 2005-ci ildən daimi olaraq, yığmaya dəvət alır. Əsas heyətin daimi üzvü olan müdafiəçi bu illər ərzində yığma komandada meydana çıxdığı 54 qarşılaşmada 2 dəfə rəqib qapısına yol tapıb.