Ölkə futbolu
Julius Vobay “Qəbələ”də!
Avropa Liqasının qrup mәrhәlәsinә vәsiqә qazanan "Qәbәl…
Avropa Liqasının qrup mәrhәlәsinә vәsiqә qazanan "Qәbәlә" artıq transfer çalışmalarına başlayıb. Futbolinfo.az xәbәr verir ki, "qırmızı-qaralar" "Neftçi"nin sabiq futbolçusu – syerre-leoneli yarımmüdafiәçi Julius Vobayın keçidini hәll edib.
Belə ki, artıq tәrәflәr razılığa gәliblәr. Afrikalı hücumameyilli futbolçu yaxın günlərdә Azәrbaycana gәlib rәsmi müqavilәyә imza atacaq.
Bu barәdә mәlumatı saytımıza açıqlamasında futbolçunun özü verib. Vobay bildirib ki, artıq "Qәbәlә" ilә razılığa gәlib: "Bәli "Qәbәlә" ilә razılığa gәlmişәm. Azәrbaycan gәlib onlarla müqavilә imzalayacam".
Qeyd edək ki, Qəbələ klubunun Vobayla maraqlandığını da ilk dəfə biz yazmışdıq.