Premyer-liqa
“Neftçi”nin yeni transferi qolla başladı
AÇ-2016-nın seçmə mərhələsinin oyunları səbəbind…
AÇ-2016-nın seçmə mərhələsinin oyunları səbəbindən Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən “Neftçi” yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, Samir Əliyevin komandası əvəzedici heyəti ilə gücünü sınayıb.
Görüş əsas komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Mirabdulla Abbasovun hesabı açdığı görüşdə digər qolları Bakı klubunda ilk oyununu keçirən yeni transfer Antonio Quinta (Anyete) və Erik Ramos vurublar. Əvəzedicilərdən isə Aqşin Qurbanlı fərqlənib.