Premyer-liqa
AZAL-da 2 itki
Topaz Premyer Liqasının 6-cı turunda səfərdə “Sumqayıt&rd…
Topaz Premyer Liqasının 6-cı turunda səfərdə “Sumqayıt”la bərabərə qalan (1:1) AZAL 2 günlük istirahətdən sonra bu gündən məşqlərini bərpa edib. Futbolinfo.az xəbər verir ki, “AZAL-Arena”da çalışmalarını davam etdirən Şüvəlan təmsilçisi sabahdan etibarən, növbəti turda qarşılaşacaqları “Rəvan”la görüşün hazırlıqların başlayacaq.
Zədəlilərdən Nugzar Kvirtiyanın vəziyyətinə oktyabrın 1-də aydınlıq gələcək. Kamal Mirzəyev artıq komanda ilə məşqlərə başlayıb. Ötən oyun zədələnən Seymur Əsədov isə ən azı 1 həftə komandadan ayrı qalacaq.
Qeyd edək ki, AZAL – “Rəvan” görüşü oktyabrın 2-də “AZAL-Arena”da keçiriləcək.
- Ölkə futbolu2024-03-04 08:00
“Neftçi” azarkeşləri klub bazasına hücum etdi, rəhbərliyi hədələdi
- Ölkə futbolu2024-03-04 15:12
Tahir Süleymanov federasiya prezidenti seçildi
- Premyer-liqa2024-03-03 20:59
“Qarabağ” “Neftçi”yə darmadağınla qalib gəldi
- Milli komanda2024-03-04 17:10
Azərbaycan millisi Arif Əsədova tapşırıldı