Ölkə futbolu
Kamerun millisinin futbolçusu “Kəpəz”də
“Kəpəz” heyətini yeni futbolçu ilə güclən…
“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, Gəncə təmsilçisi kamerunlu hücumçu Julien Ebahı heyətinə qatıb.
Belə ki, futbolçu artıq bu gündən etibarən “Kəpəz”in məşqinə qoşulub. Klub ötən mövsüm 16 qolla Kamerun çempionatının bombardi olan oyunçu ilə 2016-cı ilin 30 iyununa kimi müqavilə imzalayıb.
Bildirək ki, tam adı Julien Jeromi Ebah Tobiye olan oyunçu 2009-cu ildə kariyerasına ölkəsinin “Les Astres” klubunda başlayıb. O, 2011-13-cü illərdə “Nyu Star”, 2013-cü ildə “Yunion Duala” və 2014-cü ildə isə yenidən “Les Astres” klubunda çıxış edib. 25 yaşlı hücumçu ilk dəfə olaraq “Kəpəz”də legioner həyatı yaşayacaq.
Qeyd edək ki, futbolçu 2012-ci ildən Kamerun milli komandasına dəvət alır və 5 oyunda meydana çıxaraq, 1 dəfə rəqib qapısına yol tapa bilib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…