Ölkə futbolu
Kanales rəsmən Rusiya klubunda – FOTO
"Neftçi"nin sabiq futbolçusu Nikolas Kanalesin…
"Neftçi"nin sabiq futbolçusu Nikolas Kanalesin yeni komandası rəsmən bəlli olub. Futbolinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu kariyerasına Rusiyanın “Krlya Sovetov” klubunda davam edəcək.
Klubun rəsmi saytının verdiyi məlumata görə, çilili futbolçu Rusiya təmsilçisində 32 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, 2012-ci ildə "Neftçi"yə transfer olunan Nikolas Kanales 2013-cü ilin avqustunda "Kolo-Kolo"ya keçmişdi. 1 il sonra paytaxt təmsilçisinə qayıdan çilili futbolçu "ağ-qaralar"da 2-ci dövrünü keçirib.