Ölkə futbolu
"Qarabağ" dəstəksiz qala bilər – FOTO
Sabah Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun oyunları k…
Sabah Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" öz meydanında "Anderlext"i qəbul edəcək.
Bu qarşlaşmaya yerli azarkeşlərin maraqı azdı. Belə ki, görüşün başlamasına bir gün qalsa da, bilet satışında elə də aktivlik müşahidə olunmur. Hətta vəziyyət o yerdədi ki, "qara bazar"dakı işbazlar belə biletləri öz qiymətinə satırlar. Bu gedişlə oyuna maksimum 15 min azarkeşin gələcəyi gözlənilir. Halbuki, "atlılar"ın əvvəlki avrokubok matçlarında oyundan 1 gün öncə 15-20 min bilet satılırdı.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovdan aldığımız məlumata görə, indiyə kimi təxminən 8-9 min bilet satılıb.