Premyer-liqa
Rail Məlikov: “Sumqayıt” dişimizə görə rəqib idi”
“Biz çempionatın ilk 5 turunda da yaxşı futbol sərgil…
“Biz çempionatın ilk 5 turunda da yaxşı futbol sərgiləmişdik. Sadəcə, nəticə qazana bilmirdik. Şükürlər olsun ki, “Sumqayıt”la oyunda buna son qoyduq. “Sumqayıt” dişimizə görə rəqib idi və oyuna çox ciddi hazırlaşmışdıq. Mən xaldan daha çox qolu əhəmiyyətli sayıram. Çünki həmin qol komandanın üzərindən bir növ təzyiqi götürdü. Ardını gətirməyə çalışacağıq. “Rəvan”la oyunda məqsəd 3 xal qazanmaqdı”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq üzvü, hazırda AZAL-ın şərəfini qoruyan Rail Məlikov deyib.
Təcrübəli müdafiəçi bildirib ki, ardıcıl oyunlardan sonra özünü yaxşı hiss edir: “Sözsüz ki, futbolçu üçün oyun praktikası çox önəmli məsələdi. Artıq çempionat başlayandan bəri meydançaya çıxıram. Özümü indi yaxşı hiss edirəm. Hesab edirəm ki, formadayam. Amma daha da yaxşı oynamaq üçün çalışmalıyam”.
Məlikov bildirib ki, maddi durum yaxşı olmasa da, bu, müvəqqətidir: “Sözsüz ki, maliyyə durumu komandanın oyununa təsir edir. Amma rəhbərlik də bildirib ki, problem müvəqqətidir. Və tez bir zamanda hər şey düzələcək. Biz isə bura pulu yox, qardaşlığı əsas götürüb gəlmişik. Ümidvaram ki, hər şey yaxşı olacaq”.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…