Ölkə futbolu
“Qəbələ”yə qarşı oyun heç bir rəqib üçün asan olmayacaq”
Azərbaycan milli komandasının sabiq üzvü, hazırda &ldquo…
Azərbaycan milli komandasının sabiq üzvü, hazırda “Qəbələ”nin əvəzedici heyətinin baş məşqçisi postunda çalışan Elmar Baxşıyev futbolinfo.az saytına müsahibə verib. Baxşıyev vaxtilə kapitanı olduğu “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki startını, eləcə də sabah “Krasnodar”a qarşı reallaşacaq oyunu dəyərləndirib:
“Qrup mərhələsinin ilk oyununda “Qəbələ” PAOK klubuna qarşı çox məzmunlu oyun sərgilədi. Düşünürəm ki, həmin oyunda yeni futbolçular – Derlis Meza Kolli və Pereyra heç də pis oynamadılar. Həmin oyun göstərdi ki, “Qəbələ”yə qarşı oyun heç bir rəqib üçün asan olmayacaq. Baş məşqçi Roman Qriqorçuk komandanı taktiki və texniki planda çox yaxşı hazırlayıb. Sabahkı rəqib “Krasnodar”dır. Rəqibin heyəti güclü legionerlərdən qurulub. Keçən il yaxşı çıxış edən rəqibin böyük təcrübəsi var. Rusiya təmsilçisi ilk turdan göstərdi ki, qrup lideri ola bilər. Amma əsasən öz oyunumuzu düşünürük. “Qəbələ” avrokuboklarda qrupdan çıxmağı qarşısına vəzifə qoyubsa, uduzmamalıdır. Düşünürəm ki, qələbə uğurlu nəticə kimi qələmə verilməlidir. Amma heç-heçə də pis olmaz. Mümkün qədər çox xal toplamaq lazımdır”.
- Ölkə futbolu2024-01-16 08:00
“Neftçi” italiyalı hücumçu transfer edir – 400 min avroya
- Ölkə futbolu2024-01-16 12:15
Tanzaniya kartı: Konfransın martın sonuna saxlanılmasında məqsəd var
- Premyer-liqa2024-01-17 13:17
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Müsahibə2024-01-17 08:00
“Vəziyyəti xeyrimizə dəyişmək üçün hər şeyi edəcəyik”