Ölkə futbolu
Armenteros hansı Türkiyə klubundan imtina edib, "Qarabağ"a gəldi?
Yay “transfer pəncərəsi”ndə “Qarabağ”a tr…
Yay “transfer pəncərəsi”ndə “Qarabağ”a transfer olunan Samuel Armenterosun meneceri Serkan Kulüp maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, isveçli futbolçunun Türkiyə və Rusiya çempionatında oynamaq imkanı olsa da, Azərbaycanı seçdiyini bildirib.
Kulüp bildirib ki, buna səbəb “Qarabağ”ın Avropa Liqasında oynaması olub: “Sivasspor” və “Krılya Sovetov” Armenterosu heyətində görmək istəyirdi. Amam o, “Qarabağ”ı seçdi və fikrimcə, karyerası baxımından düzgün etdi. Samuel pulu fikirləşsəydi, “Sivasspor” və “Krılya Sovetov”da oynayardı”.