Ölkə futbolu
Syomin "Krasnodar"ı hansı Azərbaycan klubuna bənzətdi?
“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin &q…
“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin "qırmızı-qaralar"la bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis təmsilçimizin bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Krasnodar”a (Rusiya) qarşı keçiriləcəyi oyun haqda fikirlərini yerli mətbuatla bölüşüb.
Rusiyalı çalışdırıcı “Krasnodar”ı son Azərbaycan çempionu "Qarabağ"a bənzədib: “Krasnodar” Avropa Liqasında heç də asan olmayan rəqiblə qarşılaşır. Azərbaycan çempionatında “Qarabağ” klubu ilə eyni tərzdə futbol oynayır. Onların “Qəbələ” ilə oyununda belə nəticəyə gəlmək olar ki, Oleq Kononov rəqib müdafiəisini yarmaq üçün çətinlik çəkəcək. Mən bu matçdan çox qol gözləmirəm. Böyük ehtimalla bərabər səviyyəli gərgin matç olacaq. “Krasnodar” üçün ən önəmlisi rəqibi düzgün qiymətləndirməkdi. “Qəbələ” stabil oyun göstərir. Bu klubun rəhbərliyi uğurla öz klublarını irəli aparırlar”.
- Ölkə futbolu2024-01-15 13:34
“Qarabağ” milyonluq təklifdən imtina etdi
- Ölkə futbolu2024-01-16 08:00
“Neftçi” italiyalı hücumçu transfer edir – 400 min avroya
- Ölkə futbolu2024-01-16 12:15
Tanzaniya kartı: Konfransın martın sonuna saxlanılmasında məqsəd var
- Ölkə futbolu2024-01-15 20:29
Qurban Qurbanovdan transfer açıqlaması