Premyer-liqa
AZAL-da ciddi itki: Mövsümü başa vurdu
AZAL-ın zədəli futbolçusu Seymur Əsədovdan yeni xəbər va…
AZAL-ın zədəli futbolçusu Seymur Əsədovdan yeni xəbər var. Futbolinfo.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi mövsümü erkən başa vurmalı olub.
Bu barədə məlumatı klubun baş məşqçisi Tərlan Əhmədov "Qarabağ"la oyundan sonra baş tutan mətbuat konfransında deyib. O bildirib ki, Əsədov gələn həftə əməliyyat üçün Türkiyəyə yola düşəcək. Diz bağları zədələnən kapitan qardaş ölkədə əməliyyat olunacaq.