Bizi izləyin

Müsahibə

Əsgər Abdullayev: "İlk dördlüy"ə düşə bilərik"

Səkkiz il Lənkəranda qələbəyə həsrət qalan “Neft&ccedil…

blank
Səkkiz il Lənkəranda qələbəyə həsrət qalan “Neftçi” ötən tur bu sindromu Əsgər Abdullayevin rəhbərliyi altında qırmağı bacardı. İlk sınaqdan üzüağ çıxan məşqçinin növbəti “İmtahan”ı isə ölkə çempionu – “Qarabağ”a qarşı olacaq. Futbolinfo.az saytı məşqçilik kürsüsündə saç ağartmış mütəxəssislə komandanın dünənki məşqindən sonra msahibə götürdü:
 
– Səkkiz il idi ki, “Neftçi” Lənkərandan 3 xalla qayıda bilmirdi. Özü də bu, komandanın yağ-bal içində yaşadığı bir vaxtlar idi. Nəzərə alsaq ki, “Neftçi” ən yaxşı günlərindən xeyli uzaqdı, komandanı qəbul etdiyiniz bir neçə gündə futbolçuları nəyin hesabına toparlaya bildiniz ki, çətin səfərdən qələbəylə dönmək mümkün oldu?
– İlk növbədə futbolçuların hər biri ilə fərdi söhbətim oldum. Komandanın psixoloji durumu çox aşağı səviyyədə idi. Çalışdım onları stressdən çıxarım. “Xəzər Lənkəran”la oyun istəyimizə nə qədər nail olduğumuzu göstərdi. Futbolçular əzmkarlıq göstərdi və çətin səfərdən qalib ayrılmağı bacardıq. Futbolçularıma öz minnətdarlığımı bildirirəm ki, belə bir çətin vəziyyətdə toparlanmağı bacardılar və onlardan tələb olunan oyunu ortaya qoydular. Komandamızda hamı bir nəfər üçün, bir nəfər hamı üçün oynadı.
 
– “Neftçi”də toplaşan futbolçular haqda ilkin təəssüratlarınız necədi?
– Müxtəlif yaş qruplarından olan milli komandalara bir çox futbolçularımız dəvət alır. Bir sıra əcnəbilər də komandamızın heyətində “oddan-alovdan” keçiblər. Bu futbolçulardan çox şey gözləyirəm. Ancaq diqqət yetirsəniz, əsas heyətin 4-5 futbolçusu müxtəlif səbəblərdən bu gün bizə kömək edə bilmirlər. Məsələn, Anyete, Məqsəd İsayev, Araz Abdullayev zədəlidilər. Cavid İmamverdiyevdə də bir az problemlər var. Bunları özümü sığortalamaq üçün demirəm. Sadəcə, fakt budu ki, “Neftçi”nin bir neçə aparıcı oyunçusu bu gün bizə kömək edə bilmirlər. Buna baxmayaraq, “Qarabağ”a qarşı layiqli futbol sərgiləməyi çalışacağıq. Hərçənd, etiraf edim ki, Ağdam təmsilçisi ölkəmizin ən yaxşılarından biri deyil, ən yaxşı komandasıdı. Biz də “Neftçi” olaraq, ölkə çempionuna layiqli müqavimət göstərmək istəyirik.
– Qeyd etdiniz ki, rəqib ölkənin ən yaxşı komandasıdı. “Qarabağ”la oyunda heç-heçə qeydə alınsa, nəticə sizi qane edəcək?
– Gəlin bunu zamanın öhdəsinə buraxaq. Futbolda istənilən nəticə qeydə alına bilər. Ancaq bir faktı nəzərinizə çatdırım ki, qarşılaşmanın keçiriləcəyi “Bakcell Arena”da “Neftçi” cari mövsümdə qələbə qazanmayıb. Amma necə deyərlər, “zaman həm hakimdi, həm də həkim”.
 
– Klubun Müşahidə Şurasının üzvüsünüz. Necə hesab edirsiniz, “Neftçi”nin aldığı əcnəbilər onlara yatırılan vəsaiti doğruldurmu?
– Az öncə də qeyd etdim ki, “Neftçi”nin sıralarında Kaue də, Ramos da pis təsir bağışlamırlar. Hər ikisi istənilən oyunda öz sözünü deməyi bacaran futbolçulardı. Melli də tədricən istədiyimiz oyunu sərgiləməyə başlayır. Buna baxmayaraq, hesab edirəm ki, onların tam bacardıqlarını ortaya qoyması üçün müəyyən vaxta ehtiyac var. Ancaq bütövlkdə bu oyunçuların komandamıza fayda verdiklərini hesab edirəm.
 
– Söhbət Anyete, Filyo, Peskoviç kimi yeni alınan futbolçulardan gedir…
– Anyete hazırda zədəlidi. Ancaq hesab edirəm ki, o, “Neftçi”də sözünü deməyə qadir futbolçudu. Sadəcə, zədə üzündən onun xidmətindən yararlana bilmirik.
 
– Bu gün zədə səbəbindən istifadə edə bilməsəniz də, öncəki turlarda o, meydanda olub. Amma hücumçu olmasına rəğmən, hələ bir qol belə vurmayıb.
– İnanıram ki, o, zədədən qayıtdıqdan sonra qollarını vuracaq. Bu futbolçuya güvənirəm.
 
– Dünən “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov saytımıza verdiyi açıqlamada ölkə klublarında yaranan Müşahidə Şuralarını əhəmiyyətsiz adlandırıb. Klub rəsmisinin sözlərinə görə, dünya praktikasında bu cür şuralar yaradılsa da, oraya seçilən şəxslər klubun inkişafı üçün pul xərcləyir. Bu fikrə münasibətinizi öyrənmək istəyərdik?
– Yaşar Seyidova deyin ki, pulum olanda, mütləq yatırdacam. Ümumiyyətlə isə bu sual mənə aid deyil. Futbola aid nə sualınız varsa, cavablandırmağa hazıram.
 
– Səkkiz il Lənkəranda qalib gəlməyən komandayla bunu bacardınız. Amma buna baxmayaraq, “Neftçi” rəhbərliyi bildirir ki, baş məşqçini xaricdən gətirəcəyik. Bu, sizi təzyiq altında saxlamır?
– Futbolda yetişməyimə görə “Neftçi” komandasına borcluyam. Bu gün “Neftçi” rəhbərliyi köməyimə ehtiyac duyursa, bu, 5 günlük olsa belə, özümə bunu borc bilirəm. Çünki futbolda nəyəsə nail olmuşamsa, buna görə məhz “ağ-qaralar”a borcluyam. Az da olsa, borcumu qaytarmalıyam.
 
– Bəs qış fasiləsində dəyişiklik əvəzinə, sizə təklif gəlsə ki, bu postda qalıb işləyin, onda necə?
– 15 il bu klubun formasını geyinmişəm, komandanın kapitanı olmuşam. Bu, mənim əzizimdi. Mənim üçün “Neftçi”də işləmək həm fəxrdi, həm də şərəfdi.
 
– Artıq bir müddətdi ki, komandanı siz çalışdırırsınız. Necə düşünürsünüz, “Neftçi”nin uğursuz çıxışının əsas səbəbi nə idi və nə dəyişdi?
– Bir oyun udmaqla, nəyinsə dəyişdiyini söyləmək doğru olmaz. Düşünürəm ki, uşaqlarda psixoloji durum çox aşağı səviyyədə idi. “Xəzər Lənkəran”la oyuna onları lazımınca kökləyə bildik. Özlərinə inam hissini artıra bildik. Bu, çox vacib amildi ki, futbolçular həm öz güclərinə inansın, həm də komanda yoldaşının səviyyəsinə güvənsin.
 
– Heyətə artıq az-çox bələdsiniz. Bu futbolçularla “Neftçi” neçənci yerə iddia edə bilər?
– Əgər istədiklərimizin hamısını futbolçulardan ala bilsək, yüksək yerlərə iddia edə bilərik. 
 
– Konkretləşdirsək?
– Baxmayaraq ki, liderlərdən xeyli geri düşmüşük, hesab edirəm ki "ilk dördlüy"ə düşə bilərik. Bu futbolçulara güvənirəm və inanıram ki, onlar ən yüksək vəzifələrin öhdəsindən gəlmək iqtidarındadılar. 
 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm