Premyer-liqa
"AZAL Arena"da qalmaqal: olaya baş məşqçilər də qarışdı – FOTO
Bu gün Topaz Premyer Liqasında 14-cü turun növbəti oy…
Bu gün Topaz Premyer Liqasında 14-cü turun növbəti oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, AZAL öz meydanında "Sumqayıt"ı qəbul edir.
Hazırda "AZAL Arena"da keçirilən qarşılaşmanın 2-ci hissəsində mübahisə yaranıb. Belə ki, meydan sahiblərinin futbolçusu Ruslan Nəsirli ilə qonaq komandadakı həmkarı Cəmil Hacıyevlə top uğrunda mübarizə apararkən, Hacıyev onun ayağına zərbə endirib. Bu epizodda "kimyaçılar"ın baş məşqçisi Samir Abasov Nəsirliyə etiraz edərək, onun yalandan özünü kobudluğa məruz qalmış kimi aparımasına əsəbləşib. Gərginliyə "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov da qarışıb. Hakim isə matçı dayandırmayıb və davamında Nəsirli qol vurub. O, qol sevincini "Sumqayıt"ın ehtiyat oyunçular skamyasının qarşısında Samir Abasova əli ilə sus işarəsi göstərib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Lakin futbolçuları bir-birindən ayırmaq olub.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı