Bizi izləyin

Müsahibə

Millimizin baş məşqçisi: "3-4 beynəlxalq oyun keçirməyi planlaşdırmışıq"

19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşq…

blank
19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales AFFA-nın rəsmi saytına müsahibə verib. Futbolinfo.az sizi həmin mətnlə tanış edir:
– Maltada təlim-məşq toplanışı və 2 yoldaşlıq oyunu keçirdiniz. Oyunlarla bağlı fikrinizi bilmək istərdik…
– Nəzərə almaq lazımdır ki, biz Maltanın qadınlardan ibarət A milli komandası ilə qarşılaşdıq. Təbii ki, yaşca böyük futbolçulardan ibarət komanda ilə qarşılaşmaq bizim üçün çətindir. Amma bunu etməliyik, çünki elit-raundda çıxış edəcəyimizdən, güclü komanda ilə üz-üzə gəlməliyik. Hər iki oyun çətin hava şəraitində keçdi. Oyun günü Maltada güclü külək əsirdi. Buna görə də istədiyimizi edə bilmədik. Külək birinci hissədə bizim, fasilədən sonra isə rəqibin qapısı istiqamətinə əsirdi. Belə havada oynamaq əlbəttə, çox çətindir.

 
– Yaş fərqini nəzərə alsaq, nəticəni komandanız üçün qənaətbəxş hesab etmək olarmı?
– Hər zaman qələbə qazanmaq istəyirik. Əminəm ki, normal şərtlər altında komandamız onları udmağa hazırdır. Nəticə pis olmasa da, qələbə qazanmaq imkanımız vardı. Ümumiyyətlə, biz özümüzə qarşı hər zaman tələbkar olmalıyıq.

 
– Avropa çempionatının ilkin seçmə mərhələsindən sonra futbolçuları ilk dəfə bir yerə topladınız. Nə kimi dəyişiklik hiss etdiniz?
– Yığma ilə klubların səviyyəsi eyni deyil. İlkin mərhələyə hazırlıq zamanı yüksəldiyimiz formanı son bir ayda saxlaya bilmədik. Beynəlxalq oyunla milli çempionat matçlarının səviyyəsi fərqlidir. Ona görə də milli komandanı bir yerdə saxlamalı, hər gün məşqlər keçməliyik. Bu, çox vacibdir. Əks təqdirdə, futbolçuların hazırlıq səviyyəsi aşağı düşəcək.
    
– Bunu gündəlik məşqlərlə etmək çətindir. Beynəlxalq yoldaşlıq oyunlarının keçirilməsi vacibdir. Bununla bağlı planlarınız varmı?
– Elit-raunda qədər – əsasən, fevral və mart aylarında 3-4 beynəlxalq oyun keçirməyi planlaşdırmışıq.

 
– Elit-raundun püşkü atılıb. Yığmamızın yer aldığı qrupu necə dəyərləndirirsiniz?
– Qeyri-adi nəsə gözləmək də olmazdı. Çünki söhbət elit-raunddan gedir. Çətin qrupa düşmüşük. Futbolçulara hər zaman deyirəm ki, həyatda mümkünsüz heç nə yoxdur. Uelsdə keçirilən ilkin seçmə mərhələnin nəticəsi buna sübutdur. Təbii ki, Almaniya yığması qrupun aşkar favoritidir. Amma İrlandiya və Polşa komandalarına qarşı oynamaq olar. Biz ilkin mərhələdə Belçika yığmasının zəif çəhətlərini öyrəndik və bundan maksimum istifadə etdik. Bu dəfə də bunu etməyimiz mümkündür.

 
– 2016-17-ci ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsinin də püşkü atılıb. Həmin qrup haqda nə düşünürsünüz?
– Öz ölkəmin – İspaniyanın yığmasına qarşı oynamaq böyük bir motivasiya olacaq.  Ukrayna və Latviya komandaları ilə bir neçə dəfə qarşılaşmışıq. Necə oynadıqlarını bilirik. Bu qrupda bizim əsas rəqibimiz Ukrayna yığması olacaq. Mərhələ adlamaq üçün 6 xal toplamalıyıq. Qrup oyunlarının Bakıda keçirilməsi bizə kömək ola bilər. Çünki yad ölkədə oynamaqla doğma meydanda çıxış etmək fərqlidir.

 
– Elit-raunddan sonra yaşla əlaqədar olaraq heyətdə dəyişikliklər olacaq. Necə düşünürsüz, gedənlərin yerini doldurmaq üçün U-17 yığmamızda  yetərli qədər perspektivli futbolçu varmı?
– Həqiqətən də, ən güclü nəsli itirəcəyik. Əksər oyunçularımız DÇ-2012-nin yetirmələridir. Onlar 3 ildir bu komandada çıxış edirlər. 1999-cu il təvəllüdlü futbolçulara gəldikdə, təcrübələri çox aşağıdır. Heyətdə perspektivli futbolçular var, amma onlarla çox işləmək lazımdır.

 
– Bəs əsas millinin yaradılması ilə bağlı necə, plan varmı?
– İşim futbolçuları daim hazır vəziyyətdə saxlamaqdır. AFFA nə zaman qərar versə,  o zaman əsas milli yaradılacaq.
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-21 18:35

“Səbail” “Araz-Naxçıvan”a qarşı – YENİLƏNİR

blank
Premyer-liqa2024-04-21 18:26

“Kəpəz” “Sabah”a məğlub oldu

blank
Digər idman növləri2024-04-21 17:54

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm