Dünya futbolu
İngiltərə nəhəngindən Muslera üçün 15 milyon
“Qalatasaray”ın qapıçısı Fernando Muslera karye…
“Qalatasaray”ın qapıçısı Fernando Muslera karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Futbolinfo.az xəbər verirki, sözügedən ölkənin aparıcı klublarından olan “Liverpul” uruquvaylı qolkiperə "elçi düşüb".
Britaniya mətbuatının yazdığına görə, “qırmızılar” Türkiyə təmsilçisinə artıq rəsmi təklifdə göndəriblər. Belə ki, ingilislər 29 yaşlı əlcək sahibi üçün İstanbul nəhənginə 15 milyon funt-sterlinq təklif ediblər. Açıqlamalarında İngiltərə Premyer Liqasında oynamağı arzuladığını deyən cənubi amerikalının bu təklifə nə cavab verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Uruquvay millisinin üzvi 2011-ci ildən “Qalatasaray”ın şərəfini qoruyur. Nando ləqəbli futbolçu ötən il “sarı-qırmızılılar”ın 3 kubok qazanmağında böyük rol oynayıb.