Dünya futbolu
Ehtiyat oyunçular meydanda tonqal qaladı – FOTO
Türkiyə futbolunda daha bir maraqlı hadisə baş verib. Futboli…
Türkiyə futbolunda daha bir maraqlı hadisə baş verib. Futbolinfo.az xəbər verir ki, olay Muş bölgəsində qadınlar arasında oynanılan matçda yaşanıb.
Belə ki, hava tempraturunun mənfi 8 dərəcə olduğu bölgədəki matçda ehtiyat oyunçular skamyasındakı futbolçular od qalayaraq isinib. Futbolçularla yanaşı azarkeşlər də eyni addımı atıb. Fanatlar isə tribunada tonqal yandırıb.
Muş Həvəskar İdman Klublar Federasiyasının rəhbəri Kamal Türkan bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət edəcəyini və qadınların oyunlarının qışda keçirilməməsini xahiş edəcəyini bildirib.