Bizi izləyin

Ölkə futbolu

İdman kanallarının sayı: KİV nə düşünür?

“CBC Sport” kanalının ölkənin idman həyatına dax…

blank
“CBC Sport” kanalının ölkənin idman həyatına daxil olması “İdman Azərbaycan” kanalına “əlcək atılması” kimi də səciyyələndirilə bilər. Əhalisi 9 milyon olan bir ölkə üçün 2 idman telekanalının olması çox deyilmi? Bu, rəqabəti artırıb, yoxsa hərəsi öz “əppəyi”ni qazanır? Hər kəsin bir mövqeyi var. Hamı da fikrini daha düzgün sayır. Bəs, ölkə mətbuatının nümayəndələri necə düşünür? Həqiqətənmi 2 telekanalın olması kiçik bir ölkə üçün çoxdu? Tribunanı həmkarlarımıza verək.
İlkin Fikrətoğlu (ATV): "Düşünrəm ki, çox deyil. Rəqabətin olması üçün yaxşı haldı və biz artıq bunu hər iki kanalda müsbət mənada hiss edirik. Tamaşaçıya seçim imkanı verilib. Zövqünə hansı uyğundursa, tələbatına hansı cavab verirsə, o kanala da baxacaq. Məsələn, mən hər ikisinə baxıram. "CBC Sport"dan İtaliya, Hollandiya və milli çempionatımızı, İdman Azərbaycandan isə İngiltərəylə İspaniyanı, habelə boks döyüşlərini izləyirəm. Hər ikisini yaxşı peşəkar yaradıcı ve texniki heyəti var".
Sənan Abdullayev (“Xəzər” TV): "Məncə, çox deyil. Bir də ki "CBC Sport"un dövlət tərəfindən maliyyələşməsini ancaq sözdə demək olar. Hər nə qədər qeyri-rəsmi hər şey bəlli olsa da. Sözsüz ki, özəl bir idman kanalının olması daha uğurlu sayılardı. Ancaq özəl dediksə, deməli, bundan pul qazanaraq özünü təmin etməlidi. Azərbaycan idman bazarından isə gəlir əldə etmək yaxın zamanlarda real deyil. Ümumilikdə isə, "İdman Azərbaycan" və "CBC Sport"un hazırkı fəaliyyəti də göstərir ki, çox deyil. Sadə bir nümunə. Tutaq ki, əvvəl olduğu kimi tək "İdman Azərbaycan" var. "Böyük Beşlik" çempionatlarını izləmək istəyənlər sıxlıq üzündən əksər hallarda bir çox oyunlara həsrət qalırdılar. Ya da Azərbaycan çempionatı yayımlanırdısa nələrinsə təxirə düşmək ehtimalı artırdı. Mən hələ ölkədə futboldan da çox izləyicisi olan güləş, boks, cüdo kimi yarışları demirəm. Məsələn, Rusiyanın NTV-si kimi bir kanal olacaqdısa, o əlbəttə, bir telekanal da bəs edərdi". 
Kənan Məstəliyev (Rekord.az): "Üzərinə düşəni tamlığıyla yerinə yetirsə, biri də bəsdi. "İdman Azərbaycan"ın etmədiyi, etmək istəmədiyini “CBC Sport” öz üzərinə götürdü və yaxşı da bu boşluğu doldurdu. Məncə, lap 5 belə kanal olsun. Ancaq məsələ dövlət tərəfindən maliyyələşməyə gəldikdə… Daha uzunömürlü olması baxımından seçim olsa, "İdman TV"yə üstünlük verərdim. Çünki konkret dövlət tərəfindən maliyyələşir, büdcə ayrılır. CBC Elxan Məmmədovun layihəsidi. Düzdü, maliyyə SOCAR-dan gəlir. Ancaq “İdman TV” daha etibarlı layihədi. Lakin bu, o demək deyil ki, ordakılar əvvəlki kimi yola verməli, hər şeyi öz istədikləri kimi etməlidilər. Məsuliyyət məsələsi öndədi".
Rüstəm Piriyev (Extratime.az): "Hesab edirəm ki, çoxdu. Ümumiyyətlə, “CBC Sport” kanalının yaradılmasını anlamadım, onun qurulmasının zəruriliyini anlaya bilmədim. Bu haqda çox danışıldı, o cümlədən, AFFA və bəzi digər qurumların özlərinə sərf edən, birbaşa nəzarəti altında ola biləcək bir kanalın yaratması haqqında mülahizələr yarandı. Bunun nə dərəcədə doğru olub-olmamasını söyləmək çətindi, amma fakt budu ki, CBC məhz Azərbaycan futbolu üzrə monopoliya yaradıb, çempionat, kubok, futzal və gənclərdən ibarət yığma komandaların oyunlarını yayımlayır. CBC-nin reportajlarının keyfiyyəti daha üstündü. Ancaq bunu kanal rəhbərliyinin və ya AFFA-nın nailiyyəti kimi dəyərləndirmək fikrindən uzağam. Sadəcə, böhran vəziyyətində olan bir ölkədə böyük pulların müqabilində alınan avandanlığın daha qabaqcıl olması ilə əlaqələndirərdim. Yəni, 2015-ci ildə yaranan kanal təbii ki, son model kameralar, PTS-lər və s. texniki imkanlardan yararlanmalıdı. Çünki 20 il əvvəl istifadə olunan avandanlığı istəsəydilər də tapa bilməzdilər.
Ortada keyfiyyət var – bu, faktdı, amma keyfiyyətli görüntüdən başqa qeyri-adi heç nə görmürəm. Tanıdığımız, hörmət etdiyimiz şərhçilər işə cəlb olundu ki, bu da gözlənilən idi. İşsizliyin səviyyəsi artır və “İdman Azərbaycan” kanalında və digər idman təşkilatında işləməyən həmkarlarımızistənilən halda CBC-yə üz tutmalı, ya da başqa sahəyə keçməli idilər. Bu mənada “CBC Sport” uyğun bir vaxtda gözəl kollektiv formalaşdıra bildi ki, bu münasibətlə onları təbrik etmək olar. Ümid edirəm, bu işçilərlə onlar növbəti aylarda daha keyfiyyətli və baxımlı verilişlər hazırlayacaqlar, yalnız HD səviyyəli görüntülərə bel bağlamayacaqlar. Hər halda İtaliya, Rusiya, Hollandiya çempionatlarını pulla alıb, efirə buraxmaq qəhrəmanlıq tələb etmir.
Digər tərəfdən, Azərbaycanda 2-ci idman kanalının yaradılmasını şərtləndirən amillərdən biri də “İdman Azərbaycan”ın öz işində verdiyi çoxsaylı nöqsanlardı: şərhlər sönük və bəzən maraqsız, həvəskar səviyyədə, verilişlərin monoton, eynitipli, köhnəlmiş formatda hazırlanması, həftələrlə boyat yarışların göstərilməsi. Hesab edirəm ki, “İdman Azərbaycan” kanalı rəqiblərinə özü kömək etdi və “yeganə” statusunu itirdi. Vaxtında tənqidlərdən nəticə çıxarsaydılar, “CBC Sport”un yaranmasına ümumiyyətlə, ehtiyac qalmazdı.
Fikirlərimi yekunlaşdıraraq, qeyd edim ki, Azərbaycanda dövlət tərəfindən ikinci  idman kanalının yaradılmasına zərurət görmürəm. Sadəcə, “İdman Azərbaycan”ın bazasında daha mükəmməlvə yüksək keyfiyyətli yayım təşkil edə biləcək kanal qurulmasını məqsədəuyğun sayıram. Yeni kanal yaratmaqdansa, köhnənin bazasında daha mükəmməlini yaratmaq olardı. Belədə, xərc də daha az olardı".
Kənan Həsənov (Futbol+): "Ölkədə istər 1, istər 2, istərsə də 22 idman telekanalı olsun. Bu, həlledici məsələ deyil. Kəmiyyət boş şeydi! Əsas olan keyfiyyətdi ki, tamaşaçılar da bunu görmür. Bizim kanallar hadisələrin episentrindən çox-çox uzaqda dayanıblar. Hadisələrin nəbzini tuta bilmirlər. Bəlkə də istəyirlər, amma hamıya bəlli səbəblərdən bunu edə bilmirlər. Nəticədə, efir daxili və xarici yarışlarla doldurulur. Gündəm mövzular isə qalır kənarda. Üzərində “Azərbaycan” damğası varsa, bu ölkənin idmanında, futbolunda baş verən ciddi məsələləri masaya yatırtmağa məhkumsan, buna borclusan! Dartışılası o qədər mövzu var ki… Amma tamaşaçı b unu görmür. Heç kim demir daxili və xarici çempionatları yayımlamayın. Əlbəttə, bu da olmalıdı. Amma daha vacib olan daxildə baş verən olaylara anında reaksiya vermək, səbəblər üzərində gəzişməkdi ki, bunu görmürük. Bu səbəbdən də kiçik ölkədə neçə idman kanalının olmasının mənim üçün ciddi önəmi yoxdu. Efirdə kreativliyə, rəngarəngliyə, gündəmi məşğul edən mövzulara yer yoxdusa, hazırki fəaliyyəin adı günü yola verməkdi".
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm