Bizi izləyin

Müsahibə

Rəşad Eyyubov: "Qriqorçuk məni həmin vaxtdan xatırlayır"

"Qəbələ"nin yeni transferi Rəşad Eyyubov “Qəbəl…

blank
"Qəbələ"nin yeni transferi Rəşad Eyyubov “Qəbələ İK” qəzetinə müsahibə verib. Futbolinfo.az xəbər verir ki,  24 yaşlı yarımmüdafiəçi öncə "qırmızı-qaralar"a keçidindən danışıb:
– “Qəbələ”yə keçidimin gerçəkləşməsi üçün bir müddət gözləməli oldum. Danışıqlar prosesinə müdaxilə etmirdim, bu işi menecerimin ixtiyarına buraxmışdım. Fürsətdən istifadə edərək, keçidimə problem yaratmadıqlarına görə “Kəpəz” klubuna minnətdarlığımı bildirirəm.
– Səhv etmiriksə, “Qəbələ” sənə hələ ötən yay maraq göstərirdi…
– Bəli, doğrudur. Ancaq məsələ o zaman həllini tapmadı, nəticədə “Xəzər Lənkəran”a keçdim. Lakin Lənkəran komandası ilə bağlı məlum qərardan onra “Kəpəz”lə müqavilə bağlamalı oldum.
– Mövsümün tən yarısında klubunu dəyişməyə qərar verdin. Səbəb nə idi?
– Əlbəttə, “Qəbələ”yə keçməkdə maraqlı idim. Çünki daha iddialı klubda çıxış etmək istəyirdim. Çox şadam ki, Azərbaycanın hazırda “Qəbələ” kimi ən güclü klublarından birinin şərəfini qoruyuram. Məqsədim “Qəbələ” ilə nəhayət ki, birləşdi.
– Beş mövsüm rəqib komandanın heyətində “Qəbələ”yə qarşı oynamısan. Həmin matçlar xatirində necə qalıb?
– Əvvəllər “Simurq”un, bu mövsüm isə “Kəpəz”in heyətində “Qəbələ”yə qarşı oynamışam. İndiki komandama qarşı matçlarımız həmişə prinsipial olub. Qalib gəldiyimiz oyunlar da olub, uduzduğumuz da. Amma bizə heç vaxt asan olmayıb. “Qəbələ” ilə görüşlərdə, belə deyək, favoritə qarşı oynayırdıq. Elə bu səbəbdən qalib gəlmək üçün rəqiblər “Qəbələ” ilə oyuna böyük motivasiya ilə çıxırlar.
– Cari mövsümdə “Qəbələ”yə qarşı bir matçda oynamısan…
– Elədir. Qəbələdəki ilk matçda iştirak edə bilmədim. Çünki həmin vaxt “Xəzər Lənkəran”ın futbolçusu idim. Qəbələdə keçirilən ikinci matçda isə oynadım. Hava şəraiti üzündən matçı iki günə oynamalı olduq və son saniyələrdə vurduğumuz qolla qalib gəldik. Qeyd edim ki, Azərbaycanda ən yaxşı meydançalar Qəbələdədir. Buna görə də “Qəbələ”nin stadionunda oynamaq hər futbolçuya xoş gəlir. İstər meydan sahibi, istərsə də qonaq komandanın futbolçusu olsun.
– Roman Qriqorçuku hələ “Çernomorets”dən yaxşı tanıyırsan. Bəs o, səni?
– Mən “Çernomorets”in futbol məktəbində, klubun ikinci komandasında oynayanda Qriqorçuk əsas kollektivin baş məşqçisi idi. Fikrimcə, o, məni həmin vaxtdan xatırlayır.
– Səncə, bu amil “Qəbələ”yə keçidinə təsir göstərdimi?
– Yox. Hesab edirəm ki, Qriqorçukun qərarına Azərbaycan çempionatında göstərdiyim oyun təsir göstərdi, nəinki bir vaxtlar “Çernomorets”in üzvü olmağım.
– Maraqlıdır, o vaxtlar Odessa klubunda Roman İosifoviç haqda hansı fikirdə idilər?
– O, “Çernomorets”də əsl peşəkar kimi tanınırdı. Qriqorçuk işinin öhdəsindən layiqincə gəlir və futbolçudan maksimumu tələb edir. Artıq onun rəhbərliyi ilə çalışıram və bu, məni sevindirir. Hər bir futbolçu kimi mən də baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışıram. Baş məşqçi və köməkçilərinin göstərişlərini lazımi səviyyədə yerinə yetirmək üçün əlimdən
gələni edirəm.
– Sənin mövqeyində “Qəbələ”də rəqabət böyükdür. Əsas heyətə düşmək şansını necə dəyərləndirərdin?
– Cinah yarımmüdafiəçisiyəm. Sol, yaxud sağ cinahda oynamağımın mənim üçün fərqi yoxdur. “Kəpəz”də yarımmüdafiənin istənilən yerində çıxış edirdim. Buna görə də rəqabətdən qətiyyən çəkinmirəm. “Qəbələ”də əsas heyətdə oynamaq perspektivimə gəlincə isə bunu hazırlığın nəticəsi və oyunlar göstərəcək. Hər halda özümə inamım böyükdür.
– “Qəbələ” ilə cari mövsümdə hansı nəticəyə ümid edirsən?
– Fikrimcə, real olmayan heç nə yoxdur. Mövsümün sonunda çempion ola bilərik. Hərçənd hazırda 4-cü pillədə olan “Qəbələ” lider “Qarabağ”dan 10 xal geridədir. Ancaq futbolda bundan da böyük xal fərqini aradan qaldırmaq mümkün olub. Buna görə də 1-ci pillənin əldən getməsi ilə barışmaq olmaz. Mübarizəni sonadək davam etdirəcəyik.
– İş elə gətirib ki, “Qəbələ”də ilk rəsmi oyununu məhz “Kəpəz”ə qarşı, özü də Gəncədə keçirməli olacaqsan. Azarkeşlərin reaksiyasından çəkinmirsən ki?
– Gəncə klubunda keçirdiyim yarım mövsüm xoş anlarla xatirəmdə qalıb. Orada çalışan insanlarla münasibətim yaxşı olduğundan yanvarın 30-dakı matç mənim üçün prinsipial xarakter daşımayacaq. Sadəcə, bu dəfə Gəncə publikası qarşısına rəqib futbolçu qismində çıxacağam. Hazırda isə “Qəbələ”dəyəm və peşəkar futbolçu kimi hazırkı klubumun mənafeyi və uğurları barədə düşünürəm. Gəncə səfəri hər komanda üçün çətin olur. “Kəpəz”də oynadığım vaxt həmişə güclü azarkeş dəstəyini hiss etmişik. İnanıram ki, Qəbələdə də belə azarkeş dəstəyindən güc alacağıq. Qəzetiniz vasitəsilə azarkeşlərə müraciət edərək, “Qəbələ”yə daha çox dəstək verəcəklərini gözlədiyimizi bildirirəm.
Reklam

Reklam


blank
Digər idman növləri2024-01-18 23:48

Azərbaycan birinciliyinin fərdi yarışları başa çatdı

blank
Dünya futbolu2024-01-18 23:18

“Napoli” müdafiəçisini icarəyə verdi

blank
Dünya futbolu2024-01-18 23:05

Azərbaycanlı futbolçunun komandası Türkiyə kuboku ilə erkən vidalaşdı

blank
Dünya futbolu2024-01-18 22:09

“Qarabağ”ın rəqibində ayrılıq

blank
Dünya futbolu2024-01-18 21:49

Məhəmmədəliyevin komandasında yeni baş məşqçi

blank
Dünya futbolu2024-01-18 21:15

Kin “Atletiko”ya keçə bilər

blank
Dünya futbolu2024-01-18 20:40

Retkliffin 4 hədəfi

blank
Ölkə futbolu2024-01-18 19:05

“CBC Sport” “Xəzər Bakı” barədə videoreportaj hazırladı – VİDEO

blank
Dünya futbolu2024-01-18 18:39

“Real Sosyedad” satacaq, “Real” da qazanacaq

blank
Digər idman növləri2024-01-18 18:24

“Azərreyl” liderliyi ələ keçirdi

blank
Dünya futbolu2024-01-18 18:12

Henderson 2,5 illik müqavilə bağlayacaq

blank
Digər idman növləri2024-01-18 18:00

Avstraliyada gərgin oyunlar və sensasiyalar

blank
Digər idman növləri2024-01-18 17:45

Formula 1 və komandaların saytları 20 il əvvəl

blank
Ölkə futbolu2024-01-18 17:33

Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyun cədvəli bəlli oldu

blank
Premyer-liqa2024-01-18 17:00

Premyer Liqada qış bazarlığı – YENİLƏNİR

blank
Dünya futbolu2024-01-18 16:45

“Beşiktaş”ın futbolçusu Fransa klubunda

blank
Premyer-liqa2024-01-18 16:24

“Qarabağ”ın çempionat oyunu təxirə salındı – “Braqa” ilə matça görə

blank
Premyer-liqa2024-01-18 16:06

Premyer Liqada 22-ci turun oyun cədvəli bəlli oldu

blank
Ölkə kuboku2024-01-18 15:48

1/4 finalın cavab oyunlarının cədvəli açıqlandı

blank
Dünya futbolu2024-01-18 15:23

“Mançester Yunayted”dən “Sevilya”ya

blank
Ölkə futbolu2024-01-18 15:05

Rahil Məmmədovun Polşa klubuna qoşulacağı vaxt bəlli oldu

blank
Dünya futbolu2024-01-18 14:47

Belhanda rəsmən Qətər klubunda

blank
Dünya futbolu2024-01-18 14:26

Premyer Liqa klubunun futbolçusu “Napoli”də

blank
Dünya futbolu2024-01-18 14:09

Modriç məhkəmədə qalib gəldi

blank
Digər idman növləri2024-01-18 13:55

Formula 1 komandasının yeni adı olacaq

blank
Digər idman növləri2024-01-18 13:40

Yevlaxda rayon turniri

blank
Dünya futbolu2024-01-18 13:22

“Tottenhem” onu yenidən icarəyə verdi

blank
Digər idman növləri2024-01-18 13:10

MBA-da məşqçi 46 yaşında vəfat etdi

blank
Müsahibə2024-01-18 12:55

Abu Akal qayıtdı: “Biz yuxarı yerlərə qalxacağıq”

blank
Digər idman növləri2024-01-18 12:38

FIDE-nin saytı Abasovdan yazdı

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm