Ölkə futbolu
Zets: "Bu, gələcəyə nikbin baxmağa əsas verir"
“Mövsümün ikinci yarısına çox yaxsı haz…
“Mövsümün ikinci yarısına çox yaxsı hazırlasmısıq. Antalyadakı təlim-msq toplanışından səmərəli yararlandıq. İnanıram ki, bunun bəhrəsini çempionatda görəcəyik”. Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Qəbələ İK”ya açıqlamasında bosniyalı hücumçumuz Ermin Zets deyib.
Cari mövsümdən “Qəbələ”nin formasını geyinən 28 yaşlı legioner təlim-məşq toplanışında fərqlənməyi də bacarıb. O, Almaniyanın “Osnabryuk” klubu ilə görüşdə (1:1) hesabı açıb: “Hesab edirəm ki, hər 3 yoxlama matçında çox yaxşı oynadıq. Sınaq matçları önəmlidir. Bu zaman nəticədən çox komandanın necə oyun göstərməsi vacibdir. Matçlarda yaxşı təsir bağışlamağımız gələcəyə nikbin baxmağa əsas verir”.
Zets mövsümün həlledici mərhələsində onları çətin sınaq gözlədiyini bildirib: “Hər bir matç bizim üçün ağır keçəcək. İnanıram ki, mövsümün ikinci yarısında daha yaxşı formada olacağıq. Buna görə də, çempionatın sonunda xal ehtiyatımızın indikindən xeyli çox olacağını gözləyirəm”.
Ermin üçüncü dövrəyə məhz Gəncədəki oyunla uğurlu start verəcəklərinə inanır. O, “Kəpəz”ə ilk dövrədə ev oyununda olduğu kimi, səfər matçında da qol vurmağa çalışacaq: “Kəpəz”lə səfər matçı heç də asan olmayacaq. Ancaq məqsəd qələbə qazanmaqdır və bunun üçün bütün gücümüzü səfərbər edəcəyik. Azarkeşlərimizə demək istəyirəm ki, bütün oyunlarda qələbə qazanmaq üçün meydanda var qüvvəmizi qoyacağıq. Onlardan əvvəlkitək dəstək gözləyirik”.
- Dünya futbolu2024-01-18 08:00
De Byazi “Neftçi”nin sabiq hücumçusunu “Torino”ya təklif etdi
- Premyer-liqa2024-01-18 17:00
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Müsahibə2024-01-17 08:00
“Vəziyyəti xeyrimizə dəyişmək üçün hər şeyi edəcəyik”
- Ölkə futbolu2024-01-17 17:00
Şeydayevin “Kocaelispor”a keçidi rəsmiləşdi