Ölkə futbolu
"Qəbələ"də ciddi itki: legioner xəstəxanalıq oldu
Bu gün Topaz Premyer Liqasının XIX tura start verilib. Futbolin…
Bu gün Topaz Premyer Liqasının XIX tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Kəpəz" doğma meydanda "Qəbələ"ni qəbul edir.
Hazırda Gəncə şəhər stadionunda keçirilən oyunda məyus edici hadisə yaşanıb. Əldə etdiyimiz məlumata görə, qonaq komandanın futbolçusu Sergey Zenyov matçın 20-ci dəqiqələrində zədə alıb. Başından xəsarət alan estoniyalı hücumçu oyuna davam edə bilməyib və Aleksey Antonovla əvəzlənib.
Zədənin ciddi olduğundan şübhələnən komanda həkimləri Zenyovun xəstəxanaya aparılmasını məsləhət bilib. Beləlikıə, təcrübəli forvard təcili tibbi yardım maşınına mindirilərək, xəstəxanaya aparılıb. Onun zədəsinin nə dərəcə ciddi olub-olmaması ilə bağlı yaxın dəqiqələrdə məlumat verəcəyik.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı