Müsahibə
Əsgər Abdullayev hansı mövqelərə futbolçu istəyir?
Topaz Premyer Liqasının 19-cu turunun oyunlarına start verilib. Fut…
Topaz Premyer Liqasının 19-cu turunun oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, "Neftçi" öz meydanında "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.
"Bakcell Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Əsgər Abdullayev qələbəni belə şərh edib:
– "Sumqayıt" heyətinə yeni güclü oyunçular qatdığını, çətin oyun olacağını bilirdik. Düşündüyümüz kimi də oldu. Əsas odu ki, qalib gəldik. Hesabdan razı qaldım. Oyuna gədikdə isə, komanda qış fasiləsindən yeni qayıdıb. Ona görə, hələ tam oturuşmayıb.
– Klubların əksəriyyəti qış təlim-məşq toplanıçını xaricdə keçsə də, "Neftçi" Bakıda qaldı. Sizcə təlim-məşq toplanışının xaricdə və ölkə daxilində keçirilməsinin fərqi var?
– Bakıda qalmağımızın bizə xeyiri oldu. Belə ki, burda təlim-məşq toplanışı keçməklə, əvəzedici heyətin oyunçularını da sınaya bildik. Əlbəttə, xaricdə təlim-məşq toplanışı keçməyin də öz üstünlükləri var. Belə olan halda, daha güclü rəqiblərlə qarşılaşaraq, komandanın gücünə daha yaxşı bələd olursan.

– Komandanın son transferi Elşən Rzazadə barədə nə deyə bilərsiz?
– "Xəzər Lənkəran"la matçda onun oyununu bəyənmişdim. Ötən il o, hətta milliyə də dəvət olunmuşdu. Fikrimcə, onun komandaya xeyiri dəyəcək.
– "Xəzər Lənkəran"la matçda onun oyununu bəyənmişdim. Ötən il o, hətta milliyə də dəvət olunmuşdu. Fikrimcə, onun komandaya xeyiri dəyəcək.
– Komandada hansı mövqeyə yeni oyunçuya ehtiyac var?
– Komandaya hücumçu transfer olunsa, yaxşı olardı. Dayaq yarımmüdafiəçisi mövqeyinə Elşəni cəlb etdik. Bir də sol cinah müdafiəçisinə ehtiyac var.
– Komandaya hücumçu transfer olunsa, yaxşı olardı. Dayaq yarımmüdafiəçisi mövqeyinə Elşəni cəlb etdik. Bir də sol cinah müdafiəçisinə ehtiyac var.
– Kaue da Silvanın komandadan göndərilib?
– Mənim bununla bağlı heç bir məlumatım yoxdu. O, hələ ki, komandadı.
– Mənim bununla bağlı heç bir məlumatım yoxdu. O, hələ ki, komandadı.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var