Bizi izləyin

Ölkə futbolu

"Neftçi" həqiqətləri

“Neftçi” – həmişə müzakirə olunmağa…

blank
“Neftçi” – həmişə müzakirə olunmağa, tənqidə, tərifə açıq klub.
 
“Neftçi” – məğlubiyyətlərə görə yerə vurulan, qələbələrə görə göylərə qaldırılan, bəzən uğurları şübhə doğuran, uğursuzluğunda kənar qüvvələrin təsiri axtarılan komanda.
 
“Neftçi” – bölüşdürülə bilməyən, ölkə futbolunda ümumi hakimiyyətə aparan yolun açarı olan, amma bəzən hətta sudabatmazları yandıran camiə.
***
“Neftçi”də vəziyyət faciəvidi. Rəhbərlik hər nə qədər özünü müdafiə etməyə çalışsa da, belədi. İkinci pillədəki “Zirə”nin avrokuboklara gedə bilməyəcəyinin dəqiqləşdiyi, liderlər qrupunda olan “İnter”in bu şansı borclar səbəbindən dəyərləndirə bilmədiyi bir durumda da “xalq komandası” ofsayda düşməyin astanasındadı.
Turnir cədvəlində ekvator xəttini heç cür keçə bilməyən komanda hətta 6-cı pillə ilə də Avropa Liqasına yollana bilər. Amma bu gedişlə heç həmin yer də Əsgər Abdullayevin yetirmələrinə qismət olmayacaq. Növbəti turda “Qəbələ” ilə çətin oyunun fonunda əsas izləyici olan AZAL zəif “Xəzər Lənkəran”la üz-üzə gələcək. Növbəti həftə isə bu komandalar Şüvəlanda qarşılaşacaq. Hazırda rəqibindən 2 xal geridə olan “təyyarəçilər” ritmi pozmasa, “Neftçi”dən 4 xal irəli də düşə bilər.
Şübhəniz olmasın, axı AZAL evində hətta top da buraxmır. Üstəlik, bu mövsüm “Neftçi”ni hər iki oyunda yeniblər. Deməli, Əsgər Abdullayevin yetirmələri özünə gəlməsə, qatarın dalınca qaçmalı olacaq. Düzdü, finişə çox qalıb, ancaq bumövsümkü qrafiki ilə “Neftçi” daha yaxşısına layiq deyil. Komandanın 31 xalı var və bunun 9-nu – az qala 1/3-ni “qardaş” “Sumqayıt”dan alıb. Yerdə qalır 20 oyuna toplanan 22 xal. Az qala oyun sayına bərabər olan xal – ölkənin ən titullu klubu üçün utancverici mənzərədi.
***
Ötən mövsümə kimi hamı hakimlərin “Neftçi”ni yuxarı dartdığını iddia edirdi, indi belə durum yoxdu. Əvəzində klub rəhbərliyi onlara qarşı qərəzdən gileylənir, həm də hakimlərə qarşı mübarizə apardıqlarını bildirirlər. Özü də bunu “Kəpəz”, “Qəbələ” və ya digər biri kimi açıq şəkildə demirlər, sadəcə qeyri-rəsmi söhbətlərdə şikayətlənirlər.
Yalnız müəyyən mənada haqlıdılar: əvvəlki rəhbərliyin dövründəki kimi dəstək yoxdu. Amma həm də haqsızdılar: çünki nə “Rəvan”a biabırçı ev məğlubiyyətində və bərabərliyində, nə AZAL-a yenilgilərdə hakimlərin suçu yox idi.
“Neftçi”nin haqlı çıxaran yalnız bir neçə oyundu və onları da qərəzdən çox hakim səhvi kimi dəyərləndirmək lazımdı, çünki hamının başına belə işlər gəlir. Son turda “Qarabağ”ın təmiz penaltisi verilmədi, Gəncədə “Qəbələ”, başqa bir oyunda “Kəpəz” hakim səhvinin qurbanı oldu. Yəni, hamı üçün olan hadisədi. Baxmayaraq ki, “Zirə” ilə son oyun bir az şübhəli idi və bu barədə az sonra bəhs edəcəm. Ümumi götürəndə isə “Neftçi”nin 6-cı pilləyə “yapışmasının” tam fərqli səbəbləri var.
***
Dünən gecə “Zirə” – “Neftçi” oyununun videotəkrarına baxdım və müəyyən qeydlər apardım.
• “Neftçi”nin müdafiəçisi Aylton Silvaya qarşı Nicat Qurbanov tərəfindən aşkar kobudluq edilir. Cərimə zərbəsi var, “təmiz” sarı vərəqə yoxdu.
• Fəhmin Muradbəylinin ayağına birbaşa zərbə, yenə xəbərdarlıq alan olmur. Halbuki həmin epizodlarda cəzalansaydı, Nicat 76-cı dəqiqədə meydandan qovulmalı idi.
• “Neftçi”nin oyunçusu Anyeteyə qarşı iki epizodda bağışlanmaz kobudluq edilir. Hakim hər iki halda sarı vərəqəylə kifayətlənir, halbuki ən azından birində “Zirə”nin futbolçusu qovulmalı idi. Xüsusilə Nurlan Novruzovun hərəkəti “qırmızılıq” idi.
• Cavid İmamverdiyevin meydandan qovulması birbaşa Fariz Yusifovun vicdanına yazılmalı epizoddu. Düzdü, simulyasiyaya cəhd var və bunun cəzası sarı vərəqədi. Ancaq yazılmamış qanundu ki, bir sarı vərəqəsi olan və kobud biri kimi tanınmayan futbolçunu bu qədər ucuz qovmurlar. Həm də nəzərə almaq lazımdı ki, Cavidə verilən ilk sarı vərəqə şişirdilmiş xəbərdarlıq idi. Ən azı həmin epizodu yadda saxlayıb İmamverdiyevə qarşı rəhmdil olmaq lazım idi. Yox, “olanı vermək” şərti varsa, “Zirə” matçı 8 nəfərlə bitirməliydi.
“Zirə”nin qeyri-rəsmi yiyəsi Rəşad Sadıqovun zəhmi Yusifovu qorxuya salıb, yoxsa nədi bilmirəm, amma bu rəqiblərin ilk dövrədəki matçında da oxşar ssenari yaşanmışdı.
***
Vəssalam. Yalnız son oyun “Neftçi” rəhbərliyinə müəyyən bəhanə verə bilər. Bir də yenə Rəşad Sadıqovun kapitanı olduğu “Qarabağ”la məlum görüş. Hansı ki, 6-cı turda yenə Fariz Yusifovun son dəqiqədə bakılıların qapısına penalti “icad etməsi ilə” heç-heçə bitmişdi. Qalan görüşlərdə “Neftçi”nin hakimlərdən şikayət etmək üçün haqqı yoxdu.
Bütün bunlarsa “Neftçi” rəhbərliyinə uğursuzluğa bəhanə axtarmaq cəsarəti verməməlidi. Bakı klubunun uğursuzluğunun başqa səbəbləri var.
“Neftçi”nin idarəetməsində böyük qüsurlar var. Bəlkə də, elə rəhbərliyin futbolu bilməməsinin səbəbidi ki, bəzən hakimlər də onları görməməzlikdən gəlir. Bakılıların Müşahidə Şurasına, idarəetmə aparatına baxırsan – bir çoxları adlı-sanlı futbolçular olub. Amma Səməd Qurbanov, Vəli Qasımov yalnız yaxşı futbolçu olublar, vəssalam, nöqtə də burada qoyulur… Səməd bəy şuraya “veteran sanbalı” gətirmək üçün seçilibsə, Qasımov bacarıqsız idarəçi olduğunu yaxın keçmişdə də göstərib. Əsgər Abdullayev haqda isə ayrıca danışacağıq…
***
Əvvəla, ondan başlayaq ki, Müşahidə Şurası formal qurumdu və onlar verilən qərarları gerçək idarəedicilərin raportlarına, təqdimatlarına əsasən qəbul edirlər. Və çox maraqlıdı ki, qələbələrdən sonra tərif söyləyənlər Zirə darmadağınından sonra ortalıqda görünmədi. Halbuki onlar hətta mətbuata danışmadılarsa da, Elnur Məmmədovdan, Vəli Qasımovdan, baş məşqçidən, futbolçulardan hesabat tələb etməlidi.
“Neftçi”nin icraçı direktoru Elnur Məmmədovla şəxsən tanışam, çoxlu söhbətləşmişik. Onun haqqında qənaətim çox da qarışıq deyil. İşləmək istəyən, savadlı, çalışqan birisidi və ona tapşırılan missiyanı da uğurlu başa vurmaq istəyir. Ancaq hər şey onun fikirləşdiyi kimi sadə olsa, Marsa körpü də çəkmək olar. Bu isə mümkün deyil. Məmmədov bütün strategiyanı müəyyən bir sistemə görə qurub – komanda oynamalı, futbolçular aldığı məvacibin qarşılığını verməli, təcrübəlilərin yanında gənclər yetişməli, onlar sabah pul qazandırmalıdı və s. Təəssüf ki, Elnur bəy ən vacib amili unudur. Unudur ki, futbol həm də emosiyalar oyunudu, standartlara uymur, çılğınlığı, bəzən ani qərarları sevir, onu robotlar oynamır. Əks halda bütün penaltilər qol olar, bütün cərimə zərbələrindən sonra top “doqquzluğ”a sancılardı və ya daha sadəsi – Araz Abdullayev bütün matçlara eyni cür yanaşar, Nikolas Kanales müqaviləyə imza atan kimi bombardmana başlayardı.
Elnur bəyin ən böyük səhvi ətrafındakı komandayla bağlıdı. O, ya bütün rəhbərliklərlə işləmiş sabiqlərə, ya da tamamilə təcrübəsizlərə güvənib. Sabiqlərə tam inanmadığından, yenilərə isə tam etibar etmədiyindən az qala hər xırda nüansa özü diqqət etməyə məcburdu. Belə gərgin qrafik isə səhvləri qaçılmaz edir. O qədər səhv olur ki, bir də başını qaldırıb komandanın avrokuboklardan kənar qaldığını görürsən.
Məmmədovun ən çox güvəndiyi, az qala bütün məsələlərdə məsləhətləşdiyi şəxs Vəli Qasımovdu. Amma görək idman direktoruna bu qədər bel bağlamaq olarmı?
***
Vəli çox əla hücumçu, Azərbaycanı layiqincə təmsil edən azsaylı legionerlərdən olub. Başqa heç nə. Düzdü, bütün bunlar da az deyil, amma ansamblda sonuncu skripkaçı olmaqla hansısa əsərin yaranmasında rol oynaya bilməzsən. Nazim Süleymanov “Alaniya”nı lider kimi çempionluğa daşıyanda Vəli Moskva “Dinamo”sunda şəxsi göstəricilərini yaxşılaşdırırdı. Ona görə də o, nəvaxtsa heç kapitan da olmayıb. Lider olmayan biri isə əbədi olaraq yalnız icraçı kimi rol ala bilər. Gəl ki, Qasımov bu gün “Neftçi”nin taleyini həll edir.
Vəlinin əvvəllər çox pis iş təcrübəsi olduğu üçün yenidən ona məmur kimi güvənmək, ümumiyyətlə, doğru deyil. Hans-Yürgen Gede baş məşqçi olanda “Neftçi”ni dağıdan rəhbərlikdə də idman direktoru kimi təmsil olunurdu. Məhz Qasımovun transfer çalışmaları sonucunda komandaya elə qəribə futbolçular gəldi ki, sonradan onları qovmaq, milyonluq təzminatlar ödəmək üçün illər lazım oldu. Həmin futbolçuların heç biri, fantastik müqavilələr bağlamasına rəğmən, komandaya uyğunlaşmadı, komandadan qovulanlar isə “Qarabağ”da cəmləşib indiki çempion komandanın özüllərini atdılar.
***
Qasımov yenə eyni işi görür. Qola həsrət hücumçu Anyete, inanılmaz səhvləri ilə seçilən Melli, yeri həvəskarlar liqası olan ağırçəkili Filyo, intizamsız Aylton, artıq qaçmış “quşbaz” Peskoviç – bunlardı Vəli bəyin “Neftçi”yə sırıdıqları. Bütün bu transferlər düşünən beynin məhsulu ola bilməz. İdman direktoru postu peşəkar klubda önəmlidi, amma heç vəhclə Qasımovun bacarığına uyğun deyil.
Hə, Elnur Məmmədovun heçmi günahı yoxdu? Elə Qasımova güvənmək onun ən böyük günahıdı. Bu təyinat daha yuxarılardan gəlibsə,sözüm yox, Elnur bəyin istəyidisə, o zaman vay-vay… İnanın ki, tezliklə icraçı direktor haqda da “özünü doğrultmayan, etimadı itirmiş kadr” ifadəsini işlədəcəyik. Çünki “Neftçi” faciəvi durumdadı və bütün bunlara görə ilk növbədə barmaqlar Elnur Məmmədova tuşlanıb. Komandadakı Bəxtiyar Musayevi görməyib Vəli Qasımov üçün sinəsini qabağa verirsə, elə günahkar göstərilməlidi də. Çünki Musayevin gətirdiyi Nikolas Kanales, Flavinyo, Bruno Bertuççi və başqaları şərəfli, Qasımovun gətirdikləri artıq ikinci dəfə biabırçı tarix yazır.
***
Yeri gəlmişkən, Kanales mövzüsünün üstündən bir cümləylə keçmək olmaz. Klubun seleksiyaçısı olan Bəxtiyar Musayevin gətirdiyi çilili qol maşını idisə, Vəli Qasımovun gətirdiyi Kanales artıq yükdü, neçə vaxtdı “Neftçi”dədi, hələ də üzünü görməmişik. Bildiyimizə görə, klubun ona bir qədər borcu qalıb və buna görə onu az maaşa geri qaytarmaqla əslində irəli düşmək niyyətindədilər. Amma indiki rəhbərlik bunun dividentindən çox əks effektini də düşünməlidi – axı, onlar sanki köhnə rəhbərliyin tapdıqlarına möhtac olduqlarını etiraf edirlər.
***
“Neftçi” ölkə futbolunun ən yağlı kökəsidi və onun durumu da ümumi futbol təsərrüfatımızın güzgüsüdü. Ölkə futboluna sahiblənmiş AFFA-nın baş katibi Elxan Məmmədovun seçdiyi strategiyanın düzgün olduğunu ilk növbədə paytaxt klubu nəticələri ilə sübut etməlidi. Elnur Məmmədov isə baş katibin etibarlı kadrı kimi qalmaq istəyirsə, ilk növbədə Məmmədovun da istəyi ilə gətirilən Vəli Qasımovdan qurtulmalı, işə bir az başqa gözlə baxmalı, daha bacarıqlı, təcrübəli kadrlardan istifadə etməlidi.
İcraçl direktorun büdcədən kifayətlənməyə də haqqı yoxdu. Düzdü, “Neftçi”yə əvvəlki büdcə ayrılmır, amma uğurlu seleksiya ilə bir çox problemin öhdəsindən gəlmək olar. Anyetenin maaşı nəticəsi oxşar olan AZAL-ın büdcəsi qədərdi. Bundan başqa, Qasımovun tapıb gətirdiyi yarımfabrikat legionerlərlə müqayisədə “Kəpəz”in Dariosu, Ebahı, “Zirə”nin Bonillası, Tatosu əsl ulduzdu, maaşları da “Neftçi”dəkilərin yarısı qədərdi.
Bundan başqa, baş məşqçi məsələsi də həll edilməlidi. Ya Əsgər Abdullayevin sözü Vəli Qasımovdan daha keçərli olmalı, ya da onunla yollar ayrılmalıdı. Həm də indidən, yaya saxlamadan. Onun yerini isə yenə idman direktorunun tapıb gətirəcəyi bədən tərbiyəsi müəllimi yox, əsl mütəxəssis, Abdullayevdən daha yaxşısı, “Neftçi” adına layiq olan tutmalıdı. Əsgər bəyin yetimələri indiyədək top buraxdıqları heç bir oyunda qələbə qazana bilməyibsə, deməli, ya heyət, ya da məşqçi bacarığı yetərli deyil. Bunu analiz edib qərar vermək lazımdı. Yoxsa növbəti yazımız autsayder “Neftçi” haqda olacaq.
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2022-12-06 23:15

Penalti seriyasında ən bərbad nəticə

blank
Dünya futbolu2022-12-06 23:05

DÇ-2022: Portuqaliya İsveçrəyə qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2022-12-06 23:01

Reqraqi ilə yazılan tarix

blank
Dünya futbolu2022-12-06 22:49

Ronaldo ehtiyatda – 2018-dən bəri ilk dəfə

blank
Digər idman növləri2022-12-06 22:38

Azərbaycanlı basketbolçu NBA məktəbinə qəbul oldu

blank
Premyer-liqa2022-12-06 21:42

Fan-klublar birləşdi, Premyer Liqa oyunları boykot edildi

blank
Dünya futbolu2022-12-06 21:07

“Yuventus”un sabiq futbolçusu həbs olundu

blank
Ölkə futbolu2022-12-06 20:32

“Neftçi”dən Rövnəq Abdullayevə hədiyyə

blank
Dünya futbolu2022-12-06 20:25

Verratti yeni müqavilə imzalayacaq

blank
Digər idman növləri2022-12-06 20:18

İki güləşçimiz üçün ABŞ sınağı

blank
Dünya futbolu2022-12-06 20:12

“Traktor” Berdıyevə əvəzləyici tapdı

blank
Dünya futbolu2022-12-06 20:01

Qabriel Jesus əməliyyat olunacaq – zədəsi ciddi imiş

blank
Dünya futbolu2022-12-06 19:39

“Leypsiq”də yeni müqavilə

blank
Ölkə futbolu2022-12-06 19:34

AFFA-nın 30 illik yubileyi münasibətilə yoldaşlıq oyunu keçirilib – FOTOLAR

blank
Dünya futbolu2022-12-06 19:29

“Barselona” Kessyeni saxlamağa məcburdur

blank
Dünya futbolu2022-12-06 19:15

Busqets və Qavi üçün xüsusi oyun

blank
Digər idman növləri2022-12-06 18:59

Kikboksinq üzrə Respublika kubokuna start verildi

blank
Ölkə futbolu2022-12-06 18:29

“Qəbələ” Antalyada iki yoxlama oyunu keçirəcək

blank
Digər2022-12-06 18:00

AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

blank
Dünya futbolu2022-12-06 17:33

Pele Braziliyanın möhtəşəm qələbəsinə münasibət bildirdi

blank
Dünya futbolu2022-12-06 17:22

Çağlar yeni müqavilədən imtina edir – iki müştərisi var

blank
Dünya futbolu2022-12-06 17:11

Aspilikueta gəlmədi, Baldeyə şans veriləcək

blank
Digər idman növləri2022-12-06 16:58

Azərbaycanlı hakim ÇL oyununda

blank
Dünya futbolu2022-12-06 16:35

Super Liqa klubu gürcü futbolçu ilə vidalaşdı

blank
Ölkə futbolu2022-12-06 16:04

Prosineçki: “Neftçi”dən heç kim mənimlə əlaqə saxlamayıb”

blank
I Divizion2022-12-06 15:57

“Qarabağ” uduzdu, “İmişli” qalib gəldi

blank
Ölkə futbolu2022-12-06 15:37

“Sabah”ın ispanı: “Arxayın deyildik”

blank
Ölkə futbolu2022-12-06 15:22

AFFA sponsor axtarışında

blank
Ölkə futbolu2022-12-06 15:00

Prosineçki “Neftçi”yə baş məşqçi gəlir?

blank
Digər idman növləri2022-12-06 14:39

Azərbaycan çempionatına yekun vuruldu

blank
Dünya futbolu2022-12-06 14:16

Eto Qətərdə azarkeşi döydü – VİDEO

blank
Digər idman növləri2022-12-06 13:46

Həsənov Ermənistan karateçisinə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2022-12-05 13:42

Azərbaycan derbisi PFL-in obyektivində – VİDEO

blank
Ölkə futbolu2022-12-05 12:26

“Karvan”ın növbəti qələbəsi – VİDEO

blank
Premyer-liqa2022-12-04 20:13

“Zirə” “Turan Tovuz”u belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2022-12-04 19:54

“Nəticə istədiyimiz kimi oldu” – Rəşad Sadıqov

blank
Premyer-liqa2022-12-04 18:05

Samir Abasov: “Ofisdə gördüyümüz işlər meydançadakını ötüb keçib” – VİDEO

blank
Premyer-liqa2022-12-04 17:35

Tərlan Əhmədov: “Hərdən enməlisən ki, qalxa biləsən” – VİDEO

blank
Premyer-liqa2022-12-04 17:18

“Kəpəz” “Sumqayıt”da doğma meydanda uduzdu – VİDEO

blank
Premyer-liqa2022-12-03 20:15

“Şamaxı” “Sabah”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-12-03 17:16

“Səbail” “Qəbələ”yə də uduzdu – VİDEO

blank
Premyer-liqa2022-12-03 00:16

Azərbaycan derbisində darmadağın – VİDEO

blank
Premyer-liqa2022-11-29 20:11

“Qəbələ” Sumqayıtdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2022-11-29 17:21

“Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-11-28 21:39

Rəşad Sadıqov: “Belə xallar çempionatın sonunda çox dəyərli olur”

blank
Premyer-liqa2022-11-28 21:27

“Zirə” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-11-28 17:28

“Şamaxı” və “Kəpəz”dən hərəyə 1 qol və 1 xal – VİDEO

blank
Ölkə futbolu2022-11-28 11:21

Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” – VİDEO

blank
Premyer-liqa2022-11-27 18:45

Emin Mahmudov het-trik etdi, “Neftçi” 3 xala sevindi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 20:10

“Sabah” 1/4-ə darmadağınla yüksəldi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 18:40

“Zirə” 2 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-23 16:54

Rəşad Sadıqov “Mingəçevir” üzərindəki qələbədən danışdı – VİDEO

blank
Ölkə kuboku2022-11-23 11:01

“Səbail” 4 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-22 17:45

“Turan Tovuz”a 1 qol bəs etdi – VİDEO

blank
Milli komanda2022-11-20 22:44

Millimizin Skopye zəfəri – VİDEO

blank
Milli komanda2022-11-17 10:21

Millimizin Kişinyov zəfəri – VİDEO

blank
Ölkə futbolu2022-11-16 16:06

“Sabah”dan bombardiri ilə yeni müqavilə

blank
Ölkə futbolu2022-11-14 18:40

Yevlaxda futbol sevinci – VİDEO

blank
Premyer-liqa2022-11-13 20:13

“Qarabağ”ı büdrədən tapıldı – VİDEO

blank
Premyer-liqa2022-11-13 18:04

Qərb derbisində heç-heçə – VİDEO

Facebook

Gündəm