Ölkə futbolu
Elnur Məmmədov və Tuyqun Nadirov KK iclasına gəlmədi – FOTO
Bu saatlarda Boulevard Hoteldə Klublar Komitəsinin (KK) növbət…
Bu saatlarda Boulevard Hoteldə Klublar Komitəsinin (KK) növbəti iclası keçirilir. Futbolinfo.az xəbər verir ki, artıq toplantının iştirakçıları da bəllidi.
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, iclasda AZAL-ın vitse-prezidenti, komitənin sədri Fikrət Hüseynov, "İnter"in prezidenti Rəşad Qasımov, "Zirə"nin prezidenti Vüqar Astanov, "Sumqayıt"ın prezidenti Kamran Quliyev, "Xəzər Lənkəran"ın menecer Elvin İsmixanov, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov, "Qarabağ"ın baş meneceri Asif Əsgərov, "Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, "Neftçi"nin icraçı-direktorunun müavini Mübariz Xudiyev, "Rəvan"ın vitse-prezidenti İlqar Axundov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın hüquqşünası Rəmiş Malıyev iştirak edir.
Qeyd edək ki, əvvəlki iclaslarda "Neftçi"ni icraçı direktor Elnur Məmmədov, "Xəzər Lənkəran"ı isə vitse-prezident Tuyqun Nadirov təmsil edib.