Dünya futbolu
"Qalatasaray"da Mustafa Dənizli dönəmi rəsmən bitdi
“Qalatasaray” baş məşqçisi Mustafa Dənizli ilə…
“Qalatasaray” baş məşqçisi Mustafa Dənizli ilə rəsmən yolları ayırıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klub saytından məlumat yayılıb.
Mənbədə bildirilir ki, bir neçə gün öncə istefa vermək istədiyini açıqlayan 66 yaşlı mütəxəssislə bu gündən etibarən yollar ayrılıb. Dənizlinin tərk etdiyi post isə müvəqqəti olaraq, aşağı yaş qruplarından ibarət komandanın baş məşçqisi Orhan Atikə tapşırılıb.
Qeyd edək ki, Dənizli ötən ilin noyabrından İstanbul təmsilçisinə baş məşqçilik edirdi. Onun rəhbərlik etdiyi komandanın həm ölkə çempionatındakı inamsız çıxışı, həm də avrokuboklardan uzaqlaşması klubda və azarkeşlər arasında narazılıqla qarşılanmışdı.
- Ölkə futbolu2024-01-16 12:15
Tanzaniya kartı: Konfransın martın sonuna saxlanılmasında məqsəd var
- Premyer-liqa2024-01-17 13:17
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Dünya futbolu2024-01-18 08:00
De Byazi “Neftçi”nin sabiq hücumçusunu “Torino”ya təklif etdi
- Müsahibə2024-01-17 08:00
“Vəziyyəti xeyrimizə dəyişmək üçün hər şeyi edəcəyik”