Premyer-liqa
"Kəpəz"də Juninyo müəmması
Topaz Premyer Liqasının 24-cü turunda səfərdə “Rəvan&…
Topaz Premyer Liqasının 24-cü turunda səfərdə “Rəvan”la qarşılaşacaq “Kəpəz”də zədəli Junior Osvaldonun vəziyyəti hələ də müəmmalıdı. Futbolinfo.az xəbər verir ki, MRT müayinəsindən keçən yarımmüdafiəçi bu gündən fərdi məşqlərə başlayacaq.
Klubun mətbuat katibi Azad Mustafayevdən aldığımız məlumata görə, futbolçunun vəziyyətinə fərdi məşqlərdən sonra aydınlıq gələcək. Əgər Juninyo ayağında ağrı hiss etməsə, kollektivə qoşulacaq və “sarı-qırımızılar”la matçda iştirak etmək şansı artacaq. Əks təqdirdə, o, bakılılarla oyunu buraxacaq.
Qeyd edək ki, “Rəvan” – “Kəpəz” qarşılaşması martın 6-ı, saat 16:00-da “Bayıl Arena”da start götürəcək.

Reklam
- Ölkə futbolu2023-02-04 09:35
Qurban Qurbanovun nəcib addımını Gəncədə unutmayıblar
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-04 14:16
“Qarabağ” fanatları Gəncədə problemlə üzləşdi
- Premyer-liqa2023-02-04 15:53
“Qarabağ” Gəncədə xal itirdi