Ölkə kuboku
Əsgər Abdullayev: "Üzr istəyirəm"
Bu gün Azərbaycan Kubokunun ¼ final mərhələsinə start…
Bu gün Azərbaycan Kubokunun ¼ final mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, ilk qarşılamada “Xəzər Lənkəran” evdə “Neftçi”ni məğlub edib – 3:2.
Lənkəran klubunun mərkəzi stadionundakı matçdan sonra “ağ-qaralar”ın baş məşqçisi Əsgər Abdullayev saytımıza açıqlama verib:
“Xəzər Lənkəran”la oyunlar həmişə gərgin keçir. Bu dəfə də elə oldu. 90 dəqiqə ərzində çoxlu qol şanslarımız olsa da, bundan istifadə edə bilmədik. Nəticəyə görə azarkeşlərdən üzr istəyirəm. Amma unutmayaq ki, kubok matçları 2 oyundan ibarət olur. Fanatlarımızdan bizi sona kimi dəstəkləməklərini istəyirik. Komandada psixoloji gərginlik yoxdu, əhval-ruhiyyə yaxşıdı. Mərhələni adlamaq üçün azarkeşləri cavab qarşılaşmasında stadiona çağırıram. Onların dəstəyinə ehtiyacımız var”.
Qeyd edək ki, cavab oyunu martın 9-u “Bakcell Arena”da keçiriləcək.