Ölkə kuboku
"Qarabağ" qol vursa da…
Azərbyacan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çər&…
Azərbyacan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ" – "Sumqayıt" görüşünün 36-cı dəqiqəsində meydan sahiblərinin hücumçusu Mahir Mədətov fərqlənsə də, qol qeydə alınmayıb. Futbolinfo.az xəbər verir ki, Orxan Məmmədovun başçılıq etdiyi hakimlər briqadası forvardın oyundankənar vəziyyətə olmasını qeydə alıb.
Komanda yoldaşının zərbəsini Səlahət Ağayev dəf etdikdən sonra topa yetişən Mədətovun qol sevincinin gözündə qalmasını ədalətli qərar kimi qələmə vermək olar. O, aşkar offsaydda idi.
Qeyd edək ki, "Qarabağ" – "Sumqayıt" görüşündə hesab açılmayıb.