Ölkə futbolu
Suraxanıda top davası
Azərbaycan Kubokunun ilk 1/4 final qarşılaşması çər&ccedi…
Azərbaycan Kubokunun ilk 1/4 final qarşılaşması çərçivəsində keçirilən "Qarabağ" – "Sumqayıt" görüşünün 85-ci dəqiqəsində xoşagəlməz hadisə yaşanıb. Futbolinfo.az xəbər verir ki, meydançanı tərk edən top ağdamlı fanatların əyləşdiyi tribunaya düşdükdən sonra geri qaytarılmayıb.
Topu geri istəyən klubun inzibatçısı Elşən Həsənov isə arzusuna dərhal çatmayıb. Fanatlar topun "dalına keçmək" istəyib. Azarkeşlərdən biri ilə qısa xoşagəlməz ifadələrlə deyişmədən sonra klub rəsmisi istəyinə çatıb.
Bu hadisədən cəmi 2 dəqiqə sonra isə meydan sahiblərinin hücumçusu Mahir Mədətov hesab arasındakı fərqi ikiyə çatdırıb.
Qeyd edək ki, "Qarabağ" – "Sumqayıt" görüşündə hesab 2:0-dı.