Ölkə kuboku
Bəhmən Həsənov iddialı danışdı: "…bizi heç kim məğlub edə bilməz"
Bu gün Azərbaycan Kubokunda ¼ final mərhələsinə start…
Bu gün Azərbaycan Kubokunda ¼ final mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyunlar çərçivəsində “İnter” səfərdə “Rəvan”a 1:2 hesabı ilə uduzub.
“Bayıl Arena”dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Bəhmən Həsənov qələbəni belə şərh edib:
– Əsas hədəfimiz bəzi futbolçulara istirahət vermək idi. Çünki avrokuboklara çıxmaq şansımız çətindi. Bizi əsas maraqlandıran növbəti turdakı “Kəpəz”lə keçirləcək oyundu. Bu gün hakimlərə təşəkkür edirəm. Referilər matçı normal idarə etsə, 1-2 komandadan başqa, bizi heç kim məğlub edə bilməz. “İnter” yüksək səviyyəli komandadı. Növbəti matç çətin olacaq. Səfərdə də bu uğur davam etdirək.
– Faizlə dəyərləndirsək, mərhələ adlamaq şansınız nə qədərdi?
– Bu suala “Kəpəz”lə oyundan sonra cavab verə bilərəm. Futbolçularımızın çoxu xəstələnib. Həmin oyunlarda da itkilərlə üzləşə bilər.
– Bu suala “Kəpəz”lə oyundan sonra cavab verə bilərəm. Futbolçularımızın çoxu xəstələnib. Həmin oyunlarda da itkilərlə üzləşə bilər.
– Ceyhun Abdullayev əvəzlənərkən bir başa soyunub-geyinmə otağına gedti. Bunun səbəbi nədi?
– Hava soyuq olduğuna görə kurtkasını geyinməyə getmişdi. Sonra geri qayıtdı.
– Hava soyuq olduğuna görə kurtkasını geyinməyə getmişdi. Sonra geri qayıtdı.
ELMAR ABDULLA-ZADƏ
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı