Premyer-liqa
"Qarabağ"da son durum: fasiləsiz məşq və müayinə gözləntisi
Dünən Azərbaycan Kubokunda ¼ final mərhələsi &c…
Dünən Azərbaycan Kubokunda ¼ final mərhələsi çərçivəsində evdə “Sumqayıt”ı (2:0) məğlub edən “Qarabağ” istirahət etmədən bu gün yenidən bir araya gələcək. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi günorta saatlarında Topaz Premyer Liqasının növbəti – 24-cü turunda qarşılaşacaqları “Zirə” ilə matçın hazırlıqlarına başlayacaq.
Klubun mətbuat katibi Nurlan İbrahimovdan aldığımız məlumata görə dünən “kimyaçılar”la oyunda zədələnən Rahid Əmirquliyevin vəziyyətinə hələ aydınlıq gəlməyib. Yarımmüdafiəçinin hansı müddətə sıradan çıxdığı müayinədən sonra bilinəcək.
Qeyd edək ki, “Zirə” ilə oyun martın 5-i, saat 18:00-da “Azərsun Arena”da baş tutacaq.
- Müsahibə2024-02-26 15:53
Sxadadze nikbindir: “Çıxılmaz vəziyyət deyil”
- Ölkə futbolu2024-02-27 08:35
Murad Musayev uğursuzlar arasında
- Ölkə futbolu2024-02-28 09:10
Avropa Liqasının 16 braziliyalısı: yalnız “Benfika” “Qarabağ”dan öndədir
- Ölkə futbolu2024-02-28 08:17
Mahmudov: “Spartak”la matç yoldaşlıq oyunu olsa da…”