Ölkə futbolu
"Qarabağ"da türk getdi, türk gəldi
Son vaxtlar “Qarabağ”ın heyətində 1 nəfərin yoxluğu…
Son vaxtlar “Qarabağ”ın heyətində 1 nəfərin yoxluğu diqqətimizi çəkib. Ağdam təmsilçisinin fizioterapevti Osman Aydoğdu komandanın oyunları zamanı texniki zonada gözümüzə dəymirdi.
Məsələ ilə bağlı Ağdam təmsilçisinin mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxladıq. Saytımıza danışan klub rəsmisi bu sözləri dedi: “Osman bəylə dekabrda qarşılıqlı şəkildə yollarımızı ayırmışıq. Bunun oyunçularımızın fasilədən öncə tez-tez zədələnməsinə heç bir aidiyyatı yoxdu. Sözügedən şəxsi komandada həmvətəni – türkiyəli Ümid Baycan əvəzləyib”.
Qeyd edək ki, Osman Aydoğdu ötən yaydan “Qarabağ”da çalışırdı.
- Premyer-liqa2024-01-29 09:59
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Premyer-liqa2024-01-28 19:23
“Neftçi”dən “Qəbələ” üzərində inamlı qələbə
- Ölkə futbolu2024-01-29 08:00
“Qarabağ”ın izləyicisi yenə dəyişdi, xal fərqi 15-ə çatdı
- Milli komanda2024-01-29 10:40
Vaqif Cavadov milli komandaya təyinat alacaq