Ölkə kuboku
"Zirə"nin "evi yıxıldı"
Ölkə çempionatının debütantı olan “Zirə&rd…
Ölkə çempionatının debütantı olan “Zirə” dünən Azərbaycan kubokunun ¼ final mərhələsi çərçivəsində “Qəbələ” ilə keçirilən görüşdə ilkə imza atıb. Futbolinfo.az xəbər verir ki, “qartallar” Premyer Liqaya vəsiqə qazanandan bəri ilk dəfə doğma publika önündə məğlub olub.
Qəsəbə təmsilçisi bu oyuna kimi evdə keçirdiyi 12 matçda məğlub olmamışdı. Bakılılar 9 görüşdə meydanı qələbəylə tərk edibsə, 3 qarşılaşmada isə rəqibləri ilə bərabərə qalmışdı. “Qırmızı-qaralar” Zirədən qələbəylə dönən ilk komanda kimi tarixə düşdü. Bu, "ev yıxımı" kubok oyununa təsadüf etdiyindən zirəlilər hələ ki, ölkə çempionatında məğlubedilməzdi.