Premyer-liqa
Tərlan Əhmədov: "AZAL 3 xala layiq idi"
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqas?…
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Əvvəla, qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Əzmkar oyun göstərdilər. Futbolçularımın qarşısında baş əyirəm. Məğlub duruma düşsək də, qalib qəlməyi bacardılar. Komandam 3 xala layiq idi. Demək olar ki, bütün bütün parametrlərdə rəqibdən geri qalmadılar".