Premyer-liqa
Roman Qriqorçuk: "Bizim bir dəyişməz prinsipimiz var"
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk…
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Fasilədə elə də çox tapşırıqlar vermədik. Çünki komanda birinci hissədə yaxşı oynayırdı. Sadəcə, rəqibin ikinci hissədə daha sürətli oynayacağını nəzərə alıb, bəzi dəyişikliklər etdik. Həmçinin futbolçularıma standart vəziyətlərdə ehtiyatlı oynamağı tapşırdım".
Qriqorçuk bugünkü 11-likdə azərbaycanlı futbolçuların çoxluq təşkil etməsinə isə belə aydınlıq gətirib: "Bir dəyişməz prinsipimiz var ki, ilk 11-likdə həmişə hazır olanlar oynayır. Bu gün də elə oldu".