Premyer-liqa
"Rəvan"da daha bir itki
Bu gün Topaz Premyer Liqasında 27-ci turun oyunları keçi…
Bu gün Topaz Premyer Liqasında 27-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" evdə "Rəvan"ı qəbul edir.
İlk hissəsi oynanılan qarşılaşmada qonaqlar itki ilə üzləşib. "Sarı-qırmızılılar"ın oyunçusu Əziz Hüseynov zədələnərək meydançanı tərk edib. Onu Yamin Ağakərimzadə əvəz edib.
Qeyd edək ki, ilk hissədən sonra "Qarabağ"ın 1:0 hesablı üstünlüyü var.