Premyer-liqa
Samir Abbasov: "Biabırçı oyuna görә azarkeşlәrdәn üzr istәyir"
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Pre…
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Oyundan sonra da soyunub-geyinmә otağında dedim ki, "Xәzәr Lәnkәran" yaxşı oynadı. Elbrus Mәmmәdov yaxşı komanda qurub. 1999-cu, 1998-ci il tәvәllüdlü futbolçularla belә komanda qurublar. Özümüzә gәlincә, bәxtimiz gәtirdi. Bu biabırçı oyuna görә azarkeşlәrdәn üzr istәyirәm. Çox pis oynadıq. Fikrimcә, tәlәskәnlik komandanı bu qәdәr sәhv etmәyә vadar etdi".
Gәnc mәşqçi qırmızı vәrәqәdәn dә danışıb: "Bunun sәbәbini bilmirәm. 4-cü hakimdәn dә soruşdum ki, bu, nә demәkdir? Orda polis işçilәri var. Onlar adamı itәlәyir, qoymur hakimә yaxınlaşmağa. Onlara yaxınlaşmağa qorxuram".
Abbasov komandasının bu mövsüm qapısına tәyin olunan 9-cu penaltini belә şәrh edib: "Mәn dә bunu futbolçulara deyirәm. Elә bilirsiz ki, iradlarımı demirәm?"