Bizi izləyin

Premyer-liqa

“İnter” ilin ilk yarısında görülən işlərin hesabatını verdi

“İnter” klubu ilin ilk rübü ərzində paytaxt t…

blank
“İnter” klubu ilin ilk rübü ərzində paytaxt təmsilçisində görülmüş işlər barədə ətraflı məlumat yayıb. Futbolinfo.az sizi həmin məlumatlarla tanış edir.
 
Ümumi:
 
Klubda restrukturizasiya aparılıb, klubun strukturuna yenidən nəzər yetirilməsi nəticəsində xərclərin optimallaşdırılmasına nail olunub. “İnter Arena”ya, otelə və bazaya xidmət göstərən şəxsi heyət birləşdirilib ki, bunun da sayəsində rəhbər heyətini üç dəfə ixtisar etmək mümkün olub. “Stadion direktoru” və “baza direktoru” kimi vəzifələr ləğv olunub, stadionun idarəçiliyi “İnter Arena”nın baş inzibatçısının ixtiyarına verilib.
Bütün anbar otaqlarının inventarizasiyası aparılıb, tam nəzarət həyata keçirilməsi üçün həmin otaqlar birləşdirilib.
Mühafizə xidməti tam dəyişdirilib və dövlət obyektinin yüksək səviyyəli mühafizəsini təmin etmək məqsədilə daxili resursların yerinə həmin xərclər müqabilində peşəkar şirkət dəvət olunub.
 
Xərclər üzrə:
 
Komanda üçün dərmanların və dərman preparatlarının alınması sistemi mərkəzləşdirilib və mini-baza yaradılıb ki, bunun da sayəsində xərcləri 2,5 dəfə azaltmaq mümkün olub.
İdman geyim dəsti JOMA markasına dəyişdirilib və güclü nəzarət sisteminin yaradılması geyim dəstinə yönəldilən xərcləri 3 dəfə ixtisar etməyə imkan verib.
AZERCELL ilə tərəfdaşlıq müqaviləsi imzalanıb ki, bu da telefon xərclərini praktiki olaraq minimuma endirib.
UEFA-dan göndərilən vəsait hesabına akademiyanın yetirmələri üçün (250 uşaq) toplar, oyun və məşq idman formaları alınıb.
Cüdo zalı icarəyə verilib ki, bu da ona çəkilən kommunal xərclərini tam kompensasiya etməyə imkan yaradıb.
 
Borclar üzrə:
 
Ötən mövsüm üzrə oyunçulara və məqçilərə olan borclar, demək olar ki, tam bağlanıb. Bu günə olan məlumata əsasən, ancaq iki futbolçunun borcu ödənməmiş qalır (bu da yalnız müqavilələrin ləğv edilməsi üzrə kompensasiyalardır).
Borclarımız olan bütün kontr-agentlərlə (təqribən 10) üzləşmə aktları və altı ay və ya hətta bir il möhlətinə ödəmək barədə yenidən razılaşmalar imzalanıb. Bu agentlərdən dördünə isə olan borclar tam bağlanıb.
 
Peşəkar Futbol Liqasına (PFL) olan borcun böyük hissəsi ödənilib, həmin borcun bir hissəsi teleyayım hüququna görə ayrılacaq vəsait hesabına, qalan hissəsi də möhlətlə mövsümün sonunadək bağlanacaq.
UEFA və FİFA-ya olan borclar (sanksiya cərimələri) tam ödənilib.
Şəxsi heyətə olan borclar qismən ödənilib, işdən azad olunan şəxslərə olan borclar da kompensasiya və yekun hesablaşmalar qismində tam bağlanıb. Sosial ödəmələr üzrə borclar artıq yoxdur.
Təmir üzrə:
 
Komandaların, hakimlər briqadasının soyunub-geyinmə otaqları tam yenilənib və təmir olunub.
Soyunub-geyinmə otaqları və stadion arasında tunel təmir olunub və tam videonəzarət altına alınıb.
VİP, qonaq, AFFA və PFL nümayəndələri üçün otaqlar təmir olunub.
Əsas komanda üçün yeməkxana səhmana salınıb, həmçinin idman formalarına nömrələrin yazılması və yapışdırılması otağının, o cümlədən anbarın təmiri həyata keçirilib.
Bazada dam örtüyü dəyişdirilib, onun 1-ci mərtəbəsi tam təmir olunub, hazırda 2-ci mərtəbənin bərpası həyata keçirilir.
Elektrik işığının və suyun optimallaşdırılması və yenidən paylanması sayəsində kommunal xərclərə 20-25 faiz qənaət etmək mümkün olub.
Səsləndirmə, yanğından mühafizə və videonəzarət sisteminin bərpası və optimallaşdırılması üzrə işlərə başlanılıb.
Uşaq akademiyası üçün otaqların və meydançaların yenidən qurulması məqsədilə müvafiq şirkətlə tərəfdaşlıq müqaviləsi imzalanıb. İşlər artıq aparılır.
 
Klub üzrə:
 
Daxili şəbəkənin və kompüterləşdirmənin optimallaşdırılması üzrə zəruri işlər həyata keçirilib. Microsoft korporasiyasının məhsulları olan “Windows” və “Office” proqramlarının zəruri sayda lisenziyası alınıb.
Daxili resurslar hesabına klubun yeni saytı yaradılıb və saytın yüksək səviyyədə təqdimat mərasimi keçirilib.
Klubun sosial şəbəkələrdəki rəsmi səhifələrinin fəallığı artırılıb və “İnter”ə maraq göstərən azarkeşlərin sayında real artım müşahidə olunur ki, bu da gələcəkdə stadiona gələnlərin sayına müsbət təsir göstərəcək.
 
Kütləvi İnformasiya Vasitələrilə işgüzar münasibətlər yaradılıb. Stadionda KİV üçün ayrı otaq istismara verilib. Klubun müsbət imicinin bərpası üçün işlər görülüb və bu proses davam etdirilir.
Klubun əməkdaşları və işçiləri üçün korporativ davranış qaydaları hazırlanıb və təsdiq edilib.
 
“İnter Arena”dan oyunlar zamanı istifadə təlimatları hazırlanıb və təsdiq edilib.
 
Oyun zamanı “İnter Arena”da azarkeşlərin davranış qaydaları hazırlanıb və təsdiq edilib. Hazırlanmış bütün bu və digər qaydalar klubun rəsmi saytında yerləşdirilib.
 
Stadionda aktuallığını itirmiş köhnə banerlər yenilərilə əvəz olunub. Heydər Əliyev prospektində stadion adının lövhəsi hazırlanıb və şüşə konstruksiyaya bərkidilib. Prospekt tərəfdən stadionun tam işıqlandırılmasının mümkünlüyü araşdırılır və zəruri layihələr hazırlanır.
 
Komanda üzrə:
 
Yeni futbolçuların cəlb edilməsi siyasəti dəyişdirilib və üstünlük əsasən yerli futbolçulara yönəldilir.
 
Xərclərin optimallaşdırılması sayəsində komandanın büdcəsinin əvvəlki səviyyədə qalmasına nail olunub.
 
Minimal büdcə və maksimal nəticə ilə Türkiyədə qış məşq-təlim toplanışı aparılıb.
Qış mövsümündə həyata keçirilmiş dəqiq transferlər komandaya çempionatın turnir cədvəlində aparıcı mövqeyini qorumağa və avrokuboklar zonasında qalmağa, o cümlədən ölkə kubokunun yarımfinal mərhələsinə çıxmağa imkan verib.
Komandada işgüzar mühitin yaradılması və sıx əməkdaşlıq atmosferinin hökm sürməsi “İnter”in bundan sonra da çempionatın sonunadək yüksək səviyyədə çıxış etməsinə, o cümlədən yay mövsümündə gənc istedadlı yerli futbolçular hesabına güclənməsinə imkan verəcək.
 
Yeniliklər:
 
Oyun zamanı hər iki komandanın futbolçuları meydana çıxarkən onları “İnter”in uşaq futbolçuları müşayiət edirlər.
Qonaq komandanın azarkeşlərinə stadionda ayrıca sektor ayrılıb və təhlükəsizlik tədbiləri daha da gücləndirilib.
Stadiona girişlərdə gətirilməsi qadağan olunmuş əşyaların siyahısı yazılan plakatlar asılıb.
 
Oyuna tamaşa etməyə gələnlərə gətirilməsi qadağan olunan əşyaların siyahısı və stadionun sxemi əks olunan flayerlər paylanılır.
Reklam

Reklam


blank
Digər2024-04-16 10:00

MİSLİ ilə qazan!

blank
I Liqa2024-04-16 09:45

“Mingəçevir” növbəti oyuna hazırlaşır – VİDEO

blank
Digər idman növləri2024-04-16 09:27

“Göyçay kuboku”nu sumqayıtlılar qazandı

blank
Ölkə futbolu2024-04-16 09:10

Lunyov “Qarabağ”dan ayrıla bilər

blank
Digər idman növləri2024-04-16 08:51

Atası Mariyanın yığmamızda çıxış etməsini istəyirmiş

blank
Ölkə futbolu2024-04-16 08:34

“Zirə” – Avropada 8-ci komanda

blank
Dünya futbolu2024-04-16 08:17

Hüseynovlu “Arda” “Ludoqorets”lə bacarmadı

blank
Müsahibə2024-04-16 08:00

Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”

blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm