Bizi izləyin

Müsahibə

“Kəpəz”in sabiq moldovalısı: "Daçiya"nın qələbə qazanmasını istəyəcəm"

“Kəpəz”in Moldovada olmasını bilən moldovalı futbol …

blank

“Kəpəz”in Moldovada olmasını bilən moldovalı futbol adamlarının bəziləri buna biganə yanaşmayıb. Əvvələr ölkəmizdə çıxış edən moldovan futbolçulardan olan İon Arabaci da belələrindən idi. Gəncəlilərin Kişinyovda olmasını eşidən “Kəpəz”in sabiq oyunçusu qərblilərin qaldığı “Aria Hotel”i ziyarət etdi. O, hətta Ramazan bayramı münasibətilə komandanın həkimi Şıxəli Həsənovla Xaliq Mərdanova bayram hədiyyəsi gətirməyi də unutmamışdı. İlk görüşdən səmimi insan təsiri bağışlayan İon müsahibə götürmək istəyimi məmnuniyyətlə qəbul etdi:

– Hazırda nə işlə məşğulsan?
– “Saxan” klubunda çıxış edirdim. Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Kipr “Apollon”una məğlub olub, mübarizəni dayandırdıq. Hazırda klubsuzam.

– Azərbaycanla bağlı xatirələrin nədi? Kiminləsə əlaqə saxlayırsanmı?
– Komandanın həkimi Şıxəli Həsənov və Xaliq Mərdanovla əlaqələrim var. Orada yaxşı münasibətdə olduğum dostlar çox idi. Əsasən, rus dilini bilənlərlə sosial şəbəkələrdə danışıram. Tədricən həmin əlaqələr itib. Bir də Azər Məmmədovu xatırlayıram. Çox təəssüf ki, o, Moldovaya gəlməyib.

– Azərbaycan futbolunun indiki vəziyyətindən xəbərdarsan? 
– Bəli, hətta “Kəpəz” 1-ci dəstədə çıxış edəndə belə izləyirdim. Avroliqada mübarizə aparmağını eşidəndə çox sevindim. “Daçiya” çətin rəqibdi, bu oyunda gəncəlilərə uğurlar arzu edirəm. 

– Maraqlıdı, sabahkı qarşılaşmada kimə azarkeşlik edəcəksən?
– Çətin sualdı. Mən vətənpərvər insanam, yəqin ki, az da olsa, “Daçiya”nın qələbə qazanmasını istəyəcəm.

– Bəs reallıqda kimin daha şanslı olduğunu düşünürsən?
– Fikrimcə, ciddi mübarizə gedəcək. İlk matçda “Daçiya” pis nəticə göstərməyib. Əgər 1:1 hesabı ilə başa çatsaydı, yaxşı nəticə qazanmaq olardı. İndidən proqnoz verməyə çətinlik çəkirəm. 

– Gələcəkdə səni yenidən Azərbaycan çempionatında görə bilərik?
– Yenidən Azərbaycan çempionatında oynamağa yalnız sevinərdim. Amma indi vəziyyət əvvəlki kimi deyil. Hazırda 31 yaşım var. Futbola peşəkarcasına yanaşıram. Klubsuz olsam da, fərdi məşqlərimi davam etdirirəm. 

– Moldovada klubsuz qalmaq təhlükən var?
– Elə bir şey yoxdu, burda məni transfer etmək istəyən komandalar var, amma hələ ki, düşünürəm. Ən yaxşı təklifi dəyərləndirmək fikrindəyəm.

– “Daçiya” – “Kəpəz” oyununu stadiondan izləyəcəksən?
– Dəqiq bilmirəm, oyunun keçiriləcəyi Speya şəhərinə gediş rahat deyil. Ola bilsin, Kişinyovdan avtobus təşkil edilsin. Vəziyyətə baxacam.

– Şəxsi maşının yoxdu?
– Xeyr, heç sürücülük vəsiqəm də yoxdu. (gülür)

– Turist kimi də olsa, Bakıya qayıtmaq istəyərdin?
– Əlbəttə, Bakı çox gözəl şəhərdi. Orada yaşamaq da istəyərdim. 

– Kişinyov ilk baxışdan müəyyən qədər Gəncəyə bənzəyir. Sən necə düşünürsən?
– O qədər də bənzətməzdim, Gəncədən fərqli, Kişinyovda hündürmərtəbəli binalar azdı. Oxşar cəhtlər də var: Hər iki şəhər yaşıllıqlarla doludu. Amma Azərbaycanda Gəncədə digər şəhərlərlə müqayisədə yaşıllıq daha çoxdu. Moldova isə başdan-başa yaşıla bürünüb. 

– Azərbaycan xalqına burdan nə demək istəyərdin?
– Ancaq xoşbəxtlik və sülh arzu edirəm. Bütün dünyanı əhatə edən siyasi hadisələr sizlərdən də yan keçmir. Oralarla bağlı yaddaşımda xoş xatirələr qalıb.

– Azərbaycanda olduğun müddətdə səni ən çox nə təəccübləndirib?
– Valyuta dəyişmə məntəqələri çox tez bağlanır. Halbuki Moldovada bu məntəqələr gec saatlara kimi işləyir. Həmçinin, Gəncədə taksilər məsafədən asılı olmayaraq, hər yerə 2 manata aparırlar. Bundan başqa, ilk dəfə idi ki, müsəlman ölkəsində bu qədər uzun müddət yaşayırdım. Kafelər, bilyard salonları yalnız kişilər üçündü, qadın görmək qeyri-mümkündü. Amma başa düşürəm, hər yerin öz mentaliteti var. Bu, mənə bir az qəribə gəlmişdi. 

Azərbaycan xalqına uğurlar arzu edirəm. Hər zaman sülh və dostluq içində yaşasınlar. Azərbaycanın müsəlman dövlət olmağına baxmayaraq, Gəncədə çoxlu məsçidlərlə yanaşı kilsə də var idi. Mən həmişə gedib, orada dua edirdim. Bu da ölkənizin necə tolerant olduğunu göstərir.

ELMAR ABDULLA-ZADƏ, Moldova, Kişinyov

Reklam

Reklam


blank
Dünya futbolu2024-02-17 02:19

“İnter”dən darmadağın

blank
Dünya futbolu2024-02-17 02:07

“Vilyarreal” “Xetafe” ilə bacarmadı

blank
Dünya futbolu2024-02-17 01:56

“Nitsa” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-02-17 01:36

“Verder”ə qələbə üçün 1 qol bəs etdi

blank
Dünya futbolu2024-02-17 01:00

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu açıqlandı

blank
Digər idman növləri2024-02-17 00:41

Azərbaycanın 2 cüdoçusu bürünc medal qazandı

blank
Digər idman növləri2024-02-17 00:13

Azərbaycan yığması AÇ-də 4-cü yeri tutdu

blank
Dünya futbolu2024-02-16 23:50

İlk oyunda heç-heçə

blank
Digər idman növləri2024-02-16 23:30

Bakıda “Böyük Dəbilqə” turnirinin təntənəli açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-02-16 22:40

Əliyevlə Alməmmədov da AÇ-də körpücük üzərinə qalxdılar

blank
Ölkə futbolu2024-02-16 21:21

“Araz-Naxçıvan” “Səbail”lə oyuna hazırlığı yekunlaşdırdı

blank
Dünya futbolu2024-02-16 21:00

ÇL: Həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Premyer-liqa2024-02-16 20:41

Premyer Liqanın 13-cü turu rəqəmlərin gözü ilə

blank
Ölkə futbolu2024-02-16 20:20

Yüksək Liqada 13-cü turun oyun cədvəli açıqlandı

blank
Digər idman növləri2024-02-16 20:00

Qallinari “Miluoki Baks”la müqavilə imzaladı

blank
Digər2024-02-16 19:38

AMADA-nın təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

blank
Ölkə futbolu2024-02-16 19:19

Zubir Avroliqada həftənin ən yaxşısı seçildi

blank
Digər idman növləri2024-02-16 19:02

“Ferrari” rəhbəri yeni mövsüm üçün iddialı danışdı

blank
Digər idman növləri2024-02-16 18:47

19 yaşlı basketbolçu Maykl Cordanı geridə qoydu

blank
Digər idman növləri2024-02-16 18:28

Lebron Ceymsin planları

blank
Digər idman növləri2024-02-16 18:14

Basketbolçu oyuna yarış avtomobili ilə gəldi

blank
Müsahibə2024-02-16 18:02

“Yeni tarix yazmaq üçün həmişə onlara ehtiyacımız var” – Yankoviç

blank
Ölkə futbolu2024-02-16 17:45

“Sabah” Gürcüstanda yarımfinala vəsiqə qazandı

blank
Digər idman növləri2024-02-16 17:32

Son təqdimat çempiondan gəldi

blank
Ölkə futbolu2024-02-16 17:17

Daha bir komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-02-16 17:03

Bakıda cüdo hakimlərinin toplantısı keçirilir

blank
Dünya futbolu2024-02-16 16:54

Premyer Liqada yanvarın ən yaxşıları müəyyənləşdi

blank
Dünya futbolu2024-02-16 16:47

“Tomas, rədd ol!”

blank
Ölkə futbolu2024-02-16 16:32

İntizam Komitəsi cəzaları açıqladı

blank
Digər idman növləri2024-02-16 16:12

Fettel “Mersedes”ə can atır

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm