Bizi izləyin

Ölkə futbolu

"Qarmoşkalı" "gözəlçə"

Saat 13:00. Bakı-Kutaisi aviareysi Gürcüstana enir. He&cced…

blank

Saat 13:00. Bakı-Kutaisi aviareysi Gürcüstana enir. Heç bir ciddi yoxlanış yoxdu. Ən qısa zamanda Kutaisinin "Kopitnari" Hava Limanını tərk edirik. "Qəbələ"ni bir də axşam görəcəkdik…

Azərbaycanlı jurnalistlərə təkim olunmuş avtobus Kutaisi küçələrini alt-üst edir. Sürücünün şəhərə bələd olmaması məskunlaşacağımız ünvanı tapmasını yubadır. Bir neçə dəfə əyləci basıb, yerli əhalidən axtardığımız ünvanı soruşan avtobus sürücüsü nəhayət, Likeya qəsəbəsinə daxil olur. Yolların bərbad olması, şəhərin isə 2 özəlliyi diqqətimizi çəkir. Kutaisi büst-bütün yaşıllıqdı, özü də Bakı merinin bu gün doğratdırıb, sabah əkdirdiyi üslubda salınan yaşıllıq yox, təbii, gözəl. Ancaq binaların fasadları, ümumi görünüş, yumşaq desək daha yaxşısını arzulamağa sövq edir.

Kutaisi istisi Kürdəmirdən çox fərlənmirdi. Amma bu, günorta saatlarında idi. Saat 16 radələrində buludlar elə qaş-qabaq tökmüşdü ki, gəl görəsən. Elə "Zestafoni" stadionuna yollanarkən, havanın kəskin şəkildə dəyişməsini gördükdə, əmin idik: "Qəbələ" yağış altında məşq edəcək. Doğrudu qismən yaıldıq: təmsilçimiz yağış yox, leysan altında məşq etdi. Ancaq buranın yağışı məşhur filmdəki ifadəylə üst-üstə düşür: "Dövlət bəyin ölüsü də gözəldi". Əsl yay yağışı idi. 

Deyə bilmərik, Kutaisi yolları daha kala-kötürlüdü, yoxsa "Zestafoni" stadionu. Amma bir-birindən çox fərqlənmədiyini dünənki fotoreportajda oxucularımız da görüb. Düzdü, gürcülər bu şəkillərin çəkilməsini əngəlləməyə çox səy göstərdi. "Bəyin oğurlanması"nda mərhum sənətkarımız Yaşar Nurinin "Brodyaqa"ya dediyi sözlər yerinə düşür: "Sən söhbətini elə". Elə biz də bu üslubda gürcüləri yola verdik.

Roman Qriqorçukun ayaqüstü mətbuat konfransından sonra UEFA-nın hansı ağılla bu stadionda beynəlxalq oyun keçirilməsinə icazə verdiyini anlamasaq da, tribunadakı yerimizi tutduq.

Daha sonra bəlli marşrutla Likeyaya qayıtdıq. Portuqaliya – Uels oyununu bir neçə həmkarımla gecə Kutaisisini gəzmək məqsədilə dolaşarkən, yerli kafelərin birində izlədik. Gecə istənilən şəhər yuxudan qalxan, bir neçə saatdan sonra isə tamamilə libasını dəyişən gözəlçəni xatırladır. Kutaisi də libasını dəyişmişdi: daha istiqanlı, daha gözəl, daha maraqlı. Hətta "qarmoşka" yolları da bu istiliyin kölgəsinə çəkilmişdi. Yerli polislərlə də söhbət etdik, taksi şoferinin nəyə görə futboldan incik düşdüyünü də öyrəndik, kutaisili "qədeşlər"lə "fikir mübadiləsi" də apardıq. Ancaq bütün bunlar barədə Vətənə döndükdən sonra…

CEYHUN ƏLİYEV, KUTAİSİ

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-13 08:35

Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”

blank
Ölkə futbolu2024-04-13 08:17

“Hər oyun həlledicidir və səhv edə bilmərik”

blank
Dünya futbolu2024-04-13 08:00

“Qəbələ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-13 00:29

“Sivasspor” “Trabzonspor”a səfərdə qalib gəldi

blank
Digər idman növləri2024-04-12 23:31

“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi

blank
Premyer-liqa2024-04-12 22:48

“Sarı vərəqələr məni də dilə gətirəcək” – Samir Abasov

blank
Premyer-liqa2024-04-12 22:21

“Sumqayıt”la “Zirə”nin oyunundan qol səsi çıxmadı – VİDEO

blank
Premyer-liqa2024-04-12 22:13

“Neftçi”ni də çalışdıra bilərəm, “Qarabağ”ı da…” – Rəşad Sadıqov

blank
Digər idman növləri2024-04-12 21:27

2 boksçumuz Avropa birinciliyində finalında

blank
Premyer-liqa2024-04-12 20:56

“Sumqayıt”la “Zirə”dən heç-heçə

blank
Digər idman növləri2024-04-12 20:08

Güləş Federasiyası italiyalı güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yaydı

blank
Ölkə futbolu2024-04-12 19:41

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər idman növləri2024-04-12 19:20

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Digər2024-04-12 19:00

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

blank
Dünya futbolu2024-04-12 18:42

Xavi qərarını dəyişə bilər

blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-04-12 18:00

Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-04-12 17:40

Formula 1 pilotundan Şanxaya özəl dəbilqə

blank
Dünya futbolu2024-04-12 17:20

Avropa çempionatında VAR-ın müdaxiləsi minimuma endiriləcək

blank
Digər idman növləri2024-04-12 17:00

Formula 1 üzrə Azərbaycan qran-prisi bir həftə sonraya keçirildi

blank
Digər idman növləri2024-04-12 16:33

Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

blank
Dünya futbolu2024-04-12 16:00

Premyer Liqada martın ən yaxşıları bəlli oldu

blank
Dünya futbolu2024-04-12 15:06

“Fənərbaxça”da ciddi itki

blank
Dünya futbolu2024-04-12 14:31

“Bayern”də yeni müqavilə

blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm