Ölkə futbolu
“Baltsan”ın kapitanı “Neftçi”dəki həmkarını fərqləndirdi
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşm…
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmasında “Neftçi” ilə qarşılaşacaq “Baltsan”ın kapitanı Steven Bezzina təmsilçimiz haqqında fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, futbolçu oyunöncəsi mətbuat konfransında fikirlərini qısa şəkildə izah edib: “Qarşıda 90 dəqiqəmiz var. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq”.
Kapitan “ağ-qaralar”ın heyətində güclü oyunçular olduğunu da vurğulayıb: “Rəqibin güclü futbolçuları var. Xüsusilə, Araz Abdullayevi fərqləndirərdim”.